Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə Ukrayna ilə Rusiya arasında vasitəçi olmağa davam edir - Çavuşoğlu

© Sputnik / Павел БедняковMövlud Çavuşoğlu
Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan, 1920, 18.05.2023
Abunə olmaq
Türkiyədə keçirilən prezident və parlament seçkilərindən 4 gün əvvəl Moskvada görüşdə iştirak etdiyini xatırladan nazir həmin toplantıda gündəlikdə olan əsas məsələni açıqlayıb.
BAKI, 18 may — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkənin ikinci tur prezidentliyə namizədi Kamal Kılıçdaroğlunu Rusiya haqqında dediyi mənfi fikirlərə görə tənqid edib. Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Çavuşoğlu Kılıçdaroğlunun ritorikasını şərh edərkən bildirib ki, populizm Türkiyə iqtisadiyyatına, o cümlədən turizmə zərbə vurur.
Türkiyədə keçirilən prezident və parlament seçkilərindən 4 gün əvvəl Moskvada görüşdə iştirak etdiyini xatırladan nazir həmin toplantıda gündəlikdə olan əsas məsələni açıqlayıb.
O bildirib ki, Rusiya, Suriya və İran XİN başçıları ilə birgə keçirilən dördtərəfli görüşdə əsas məsələ Suriyadakı durum olub. XİN başçısı terror təşkilatlarına qarşı uğurlu mübarizənin Suriyada sabitliyin təmin olunmasına kömək etdiyini vurğulayıb:

"Türkiyə hətta seçki ərəfəsində də dünyadakı sabitlik barədə düşünür. Biz Ukrayna ilə Rusiya arasında vasitəçi olmağa davam edirik. Krım tatarları və Ahıska türkləri Ukrayna ilə bağlı mövqeyimizi diqqətlə izləyir".

Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq.
İlk turda R.T.Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. "Ata" siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.
Parlament seçkilərində isə AK Parti qalib gəlib. Hakim partiya Türkiyə Böyük Millət Məclisindəki 600 deputat yerindən 266-nı qazanıb.
İkinci yeri tutan müxalif Cümhuriyyət Xalq Partiyası 28-ci çağırış qanunverici orqanda 168 millət vəkili ilə təmsil olunacaq.
Yaşıl Sol Partiyası 62, Milliyyətçi Hərəkat Partiyası (MHP) 51, İYİ Parti 44, Yenidən Rifah Partiyası 5, Türkiyə İşçi Partiyası (TİP) 4 deputat yeri əldə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0