https://sputnik.az/20230518/rusiya-afrika-sammitinin-gundeminde-ukrayna-movzusu-yoxdur---oleq-ozerov-454990817.html
Rusiya-Afrika sammitinin gündəmində Ukrayna mövzusu yoxdur - Oleq Ozerov
Rusiya-Afrika sammitinin gündəmində Ukrayna mövzusu yoxdur - Oleq Ozerov
Sputnik Azərbaycan
Diplomat əlavə edib ki, iyulun sonunda Sankt-Peterburqda keçiriləcək sammitdə əsas diqqət Rusiya ilə Afrika ölkələri arasında ikitərəfli münasibətlərin... 18.05.2023, Sputnik Azərbaycan
2023-05-18T13:34+0400
2023-05-18T13:34+0400
2023-05-18T13:34+0400
rusiya
rusiya
afrika
sammit
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446836725_0:160:3072:1888_1920x0_80_0_0_5aac772e2070c6b2ca109f9c1b0643e0.jpg
BAKI, 18 may — Sputnik. Ukrayna mövzusu Rusiya-Afrika sammitinin gündəliyində deyil, lakin afrikalı tərəfdaşların təklifi ilə müzakirə oluna bilər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Rusiya-Afrika Tərəfdaşlıq Forumu Katibliyinin rəhbəri Oleq Ozerov bildirib. Diplomat əlavə edib ki, iyulun sonunda Sankt-Peterburqda keçiriləcək sammitdə əsas diqqət Rusiya ilə Afrika ölkələri arasında ikitərəfli münasibətlərin inkişafına yönəlib. Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa daha əvvəl demişdi ki, Afrika ölkələri adından Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski ilə danışıb və onlara Zambiya, Seneqal, Konqo, Uqanda, Misir və Cənubi Afrika adından sülh təşəbbüsünü təqdim edib. Onun sözlərinə görə, Putin və Zelenski Moskva və Kiyevdə Afrika liderlərinin missiyasını qəbul etməyə razılaşıblar. Ramafoza qeyd edib ki, bu təşəbbüslə bağlı BMT-nin Baş katibi və Afrika İttifaqının ofisi məlumatlandırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446836725_171:0:2902:2048_1920x0_80_0_0_f1e13aa14b2f94284f49de09958cdcdb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, afrika, sammit
Rusiya-Afrika sammitinin gündəmində Ukrayna mövzusu yoxdur - Oleq Ozerov
Diplomat əlavə edib ki, iyulun sonunda Sankt-Peterburqda keçiriləcək sammitdə əsas diqqət Rusiya ilə Afrika ölkələri arasında ikitərəfli münasibətlərin inkişafına yönəlib.
BAKI, 18 may — Sputnik. Ukrayna mövzusu Rusiya-Afrika sammitinin gündəliyində deyil, lakin afrikalı tərəfdaşların təklifi ilə müzakirə oluna bilər.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Rusiya-Afrika Tərəfdaşlıq Forumu Katibliyinin rəhbəri Oleq Ozerov bildirib.
"Demək lazımdır ki, Afrika dövlətləri qrupunun bu təşəbbüsü sammitin gündəliyinə təsir göstərmir. Ümumiyyətlə, afrikalı tərəfdaşlarımız tərəfindən buna toxunulmazsa, biz bu məsələni sammitdə müzakirə etmək fikrində deyilik", - o, Ukrayna nizamlanmasının sammit zamanı Cənubi Afrikanın təşəbbüsü fonunda müzakirə olunub-olunmayacağı sualını cavablandırarkən deyib.
Diplomat əlavə edib ki, iyulun sonunda Sankt-Peterburqda keçiriləcək sammitdə əsas diqqət Rusiya ilə Afrika ölkələri arasında ikitərəfli münasibətlərin inkişafına yönəlib.
Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa daha əvvəl demişdi ki, Afrika ölkələri adından Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski ilə danışıb və onlara Zambiya, Seneqal, Konqo, Uqanda, Misir və Cənubi Afrika adından sülh təşəbbüsünü təqdim edib. Onun sözlərinə görə, Putin və Zelenski Moskva və Kiyevdə Afrika liderlərinin missiyasını qəbul etməyə razılaşıblar. Ramafoza qeyd edib ki, bu təşəbbüslə bağlı BMT-nin Baş katibi və Afrika İttifaqının ofisi məlumatlandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.