Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qarşıdakı iki ay "taxıl sazişi" üçün həlledici olacaq - Lavrov

© Photo : Russian Foreign Ministry Press Service via APRusiya xarici işlər naziri Sergey Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 18.05.2023
Abunə olmaq
Rusiya xarici işlər naziri bildirib ki, "Bütün şəraiti, tərəfdaşlarımızın müraciətlərini nəzərə alaraq razılaşmanın daha iki ay uzadılması təşəbbüsünü dəstəkləyiblər.
BAKI, 18 may — Sputnik. Qarşıdakı iki ay "taxıl sazişi"nin gələcəyi üçün həlledici olacaq. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Bütün şəraiti, tərəfdaşlarımızın müraciətlərini nəzərə alaraq, biz prezident Ərdoğanın dünən elan etdiyi bu razılaşmanın daha iki ay uzadılması təşəbbüsünü dəstəklədik", - Lavrov Moskvada mətbuat konfransında deyib.

Eyni zamanda, rusiyalı nazirin sözlərinə görə, bu qərar "bu iki ayın həlledici olacağını aydın şəkildə dərk etməklə" qəbul edilib.
"BMT-nin baş katibi Antonio Quterreş də çalışır. Biz bunu görürük, onun işçiləri çalışırlar, vaxtaşırı Rusiya kənd təsərrüfatı məhsullarının normal ixracına mane olan sanksiyalar tətbiq edən ölkələrlə əlaqə saxlayırlar, lakin indiyə qədər biz heç bir nəticə görməmişik", - Lavrov bildirib.
Xatırladaq ki, taxıl sazişi 2022-ci il iyulun 22-də İstanbulda bağlanıb. O vaxt BMT, Türkiyə, Ukrayna və Rusiyanın iştirakı ilə iki sənəd imzalanıb. Onlardan biri Ukrayna taxılının ixracı üçün dəhlizin yaradılmasını, digəri Rusiya ərzaq və gübrəsinin ixracını nəzərdə tutur.
Moskva dəfələrlə bəyan edib ki, razılaşmanın Rusiya ilə bağlı hissəsinin yerinə yetirilmir və sazişin vaxtının uzadılması bundan asılıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0