Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

KTMT çərçivəsində hərbi-siyasi əməkdaşlığı gücləndirmək lazımdır - Volodin

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidDövlət Dumasının sədri Vyaçeslav Volodin
Dövlət Dumasının sədri Vyaçeslav Volodin  - Sputnik Azərbaycan, 1920, 18.05.2023
Abunə olmaq
Dövlət Dumasının sədri bildirib ki, təşkilatın məsuliyyət zonasında təhdidlərin qarşısının alınması üzrə birgə işin keyfiyyəti daha çox ümumi hüquqi təhlükəsizlik məkanının yaradılmasından asılıdır.
BAKI, 18 may — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində hərbi-siyasi əməkdaşlıq gücləndirilməlidir. Bu barədə KTMT Parlament Assambleyası Şurasının iclası zamanı Assambleyanın sədri, Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
"Bu gün Qərbin nasizmin dirçəlməsinə təkan verdiyi, birliyimizi pozmaq üçün sanksiya, təzyiq, hədə-qorxu taktikalarından istifadə etdiyi bir vaxtda tarixi yaddaşın qorunub saxlanması istiqamətində işi gücləndirmək lazımdır. Bu baxımdan KTMT çərçivəsində hərbi-siyasi əməkdaşlığı gücləndirmək lazımdır".
Volodin qeyd edib ki, Parlament Assambleyasının prioriteti milli qanunvericiliyin uyğunlaşdırılmasıdır.

"Təşkilatın məsuliyyət zonasında təhdidlərin qarşısının alınması üzrə birgə işin keyfiyyəti daha çox ümumi hüquqi təhlükəsizlik məkanının yaradılmasından asılıdır", - Dövlət Dumasının sədri bildirib.

Volodin onu da qeyd edib ki, şuranın gündəliyinə kosmosda silahlanma yarışının qarşısının alınması ilə bağlı bəyanat daxildir.
"Biz dünya ictimaiyyətini mövcud beynəlxalq hüquq normalarına sadiqliyini bir daha təsdiqləməyə və kosmosda hərbi qarşıdurma ehtimalını istisna etmək üçün onları təkmilləşdirməyə çağırırıq. Ümid edirik ki, bizim mövqeyimiz həmkarlarımız - ŞƏT, BRİKS və MDB ölkələri parlamentariləri tərəfindən dəstəklənəcək", - deyə o, fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0