Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan və Rusiya müəssisələri arasında çərçivə sazişi imzalanacaq

© Sputnik / Murad OrujovRusiya və Azərbaycan bayraqları
Rusiya və Azərbaycan bayraqları - Sputnik Azərbaycan, 1920, 18.05.2023
Abunə olmaq
Gələn həftə Bakı Gəmiqayırma Zavodu, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə qarşılıqlı əlaqə üçün Rusiya Dövlət Nəqliyyat Lizinq Şirkəti rəhbərliyinin Azərbaycana işgüzar səfəri planlaşdırılır.
BAKI, 18 may — Sputnik. Azərbaycan Rusiya Federasiyası ilə daşıma imkanlarını genişləndirməyə hazırdır. Bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov bildirib.

"Əlbəttə, qeyd etmək lazımdır ki, Azərbaycan həm avtomobil daşımaları, dəmir yolu daşımaları, həm də Transxəzər marşrutu üzrə imkanların genişləndirilməsində əməkdaşlığa hazırdır", - Mirsayapov "Rusiya-İslam Dünyası: KazanForum" Beynəlxalq İqtisadi Forumunda deyib.

O bildirib ki, gələn həftə Bakı Gəmiqayırma Zavodu, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə qarşılıqlı əlaqə üçün Rusiya Dövlət Nəqliyyat Lizinq Şirkəti rəhbərliyinin Azərbaycana işgüzar səfəri planlaşdırılır.
© Sputnik / Фотохост-агентство РИА Новости / Mediabanka keçidRusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov
KAZANFORUM 2023. МТК Север – Юг. Россия  – Восток: логистика, импорт, экспорт - Sputnik Azərbaycan, 1920, 18.05.2023
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov

"Sabah "KazanForum" forumunda "Ak Bars" gəmiqayırma müəssisəsi ilə Bakı Gəmiqayırma Zavodu arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanacaq. Yəni, Azərbaycanın bu gündəliyə nə qədər fəal daxil edildiyini görürük", - nümayəndə əlavə edib.

Mirsayapov Şimal-Cənub Beynəlxalq İnteqrasiya Klubunun Bakıda nümayəndəliyinin açılmasının Azərbaycanla əməkdaşlığın koordinasiyasında ilk və çox əhəmiyyətli addım olacağını vurğulayıb.
"Rusiya - İslam Dünyası: KazanForum" Beynəlxalq İqtisadi Forumu 2009-cu ildən Tatarıstanın paytaxtında keçirilir və Rusiya ilə İslam Təşkilatı ölkələri arasında ticarət, iqtisadi, elmi-texniki, sosial və mədəni əlaqələrin möhkəmləndirilməsi üçün platformadır. Rusiya Federasiyası Prezidentinin fərmanı ilə bu il forum federal status alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0