https://sputnik.az/20230516/rusiya-avropada-adi-silahli-quvveler-haqqinda-muqavileden-cixib-454918691.html
Rusiya Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxıb
Rusiya Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxıb
Sputnik Azərbaycan
Dövlət Dumasının deputatları Rusiya Federasiyası vətəndaşlarının maraqlarını rəhbər tutaraq, Rusiyanın təhlükəsizliyini təmin etmək üçün müqaviləni denonsasiya... 16.05.2023, Sputnik Azərbaycan
2023-05-16T14:48+0400
2023-05-16T14:48+0400
2023-05-16T14:48+0400
rusiya
rusiya
nato
dövlət duması
rusiya federasiyası dövlət duması
https://cdnn1.img.sputnik.az/img/07e6/05/09/441767603_0:0:3075:1731_1920x0_80_0_0_98ef318c8acdda255e0202d9bf6bec9b.jpg
BAKI, 16 may — Sputnik. Rusiya Dövlət Duması Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin (CFE) denonsasiyası haqqında qanun qəbul edib. Müqavilənin denonsasiyası ilə bağlı layihə mayın 10-da Dövlət Dumasına təqdim edilib. Dövlət Dumasının deputatları Rusiya Federasiyası vətəndaşlarının maraqlarını rəhbər tutaraq, Rusiyanın təhlükəsizliyini təmin etmək üçün müqaviləni denonsasiya etmək qərarına gəliblər. Bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz teleqram kanalında bildirib. "Birqütblü dünya qurmaq fikrinə qapılan Vaşinqton və Brüssel NATO-nu şərqə doğru irəliləməklə qlobal təhlükəsizlik sistemini məhv etdilər. 1949-cu ildə NATO-nu yaradanda Şimali Atlantika Alyansının üzvləri bəyan etdilər ki, onlar bunu sırf müdafiə məqsədləri üçün edirlər. Əslində bu ittifaq qoyun dərisinə bürünmüş canavar imiş" – Volodin bildirib. Eyni zamanda o, NATO-nun hücuma keçdiyini və irəlilədiyini, insanlara zülm etdiyini, keçmiş Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya dövlətlərini darmadağın etdiyini qeyd edib. "Vaşinqton NATO-dan istifadə edərək, Kiyev terror rejimini silahlandıraraq, hegemonluğunu saxlamaq üçün dünyada qeyri-sabitlik yaradır. Bu, qlobal fəlakətə səbəb olur", - Volodin qeyd edib. CFE Müqaviləsi 1990-cı ildə Parisdə imzalanıb, 1999-cu ildə isə ATƏT-in İstanbulda keçirilən sammitində müqavilənin yenilənmiş variantı imzalanıb. Uyğunlaşdırılmış müqaviləni yalnız dörd ölkə - Rusiya, Belarus, Qazaxıstan və Ukrayna ratifikasiya edib. 2007-ci ildə Rusiya NATO ölkələri Uyğunlaşma haqqında Sazişi ratifikasiya edənə qədər CFE Müqaviləsində iştirakını dayandırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/09/441767603_166:0:2897:2048_1920x0_80_0_0_26ab212c10d2e4534be9bcfd8ad5cb81.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, nato, dövlət duması, rusiya federasiyası dövlət duması
rusiya, nato, dövlət duması, rusiya federasiyası dövlət duması
Rusiya Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxıb
Dövlət Dumasının deputatları Rusiya Federasiyası vətəndaşlarının maraqlarını rəhbər tutaraq, Rusiyanın təhlükəsizliyini təmin etmək üçün müqaviləni denonsasiya etmək qərarına gəliblər.
BAKI, 16 may — Sputnik. Rusiya Dövlət Duması Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin (CFE) denonsasiyası haqqında qanun qəbul edib.
Müqavilənin denonsasiyası ilə bağlı layihə mayın 10-da Dövlət Dumasına təqdim edilib.
Dövlət Dumasının deputatları Rusiya Federasiyası vətəndaşlarının maraqlarını rəhbər tutaraq, Rusiyanın təhlükəsizliyini təmin etmək üçün müqaviləni denonsasiya etmək qərarına gəliblər. Bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz teleqram kanalında bildirib.
"Birqütblü dünya qurmaq fikrinə qapılan Vaşinqton və Brüssel NATO-nu şərqə doğru irəliləməklə qlobal təhlükəsizlik sistemini məhv etdilər. 1949-cu ildə NATO-nu yaradanda Şimali Atlantika Alyansının üzvləri bəyan etdilər ki, onlar bunu sırf müdafiə məqsədləri üçün edirlər. Əslində bu ittifaq qoyun dərisinə bürünmüş canavar imiş" – Volodin bildirib.
Eyni zamanda o, NATO-nun hücuma keçdiyini və irəlilədiyini, insanlara zülm etdiyini, keçmiş Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya dövlətlərini darmadağın etdiyini qeyd edib.
"Vaşinqton NATO-dan istifadə edərək, Kiyev terror rejimini silahlandıraraq, hegemonluğunu saxlamaq üçün dünyada qeyri-sabitlik yaradır. Bu, qlobal fəlakətə səbəb olur", - Volodin qeyd edib.
CFE Müqaviləsi 1990-cı ildə Parisdə imzalanıb, 1999-cu ildə isə ATƏT-in İstanbulda keçirilən sammitində müqavilənin yenilənmiş variantı imzalanıb. Uyğunlaşdırılmış müqaviləni yalnız dörd ölkə - Rusiya, Belarus, Qazaxıstan və Ukrayna ratifikasiya edib. 2007-ci ildə Rusiya NATO ölkələri Uyğunlaşma haqqında Sazişi ratifikasiya edənə qədər CFE Müqaviləsində iştirakını dayandırıb.