https://sputnik.az/20230516/moskva-gorus-olacaq-ermenistan-xn-rehberinin-muavininden-aciqlama-454918838.html
Moskva görüş olacaq: Ermənistan XİN rəhbərinin müavinindən açıqlama
Moskva görüş olacaq: Ermənistan XİN rəhbərinin müavinindən açıqlama
Sputnik Azərbaycan
Ermənistan xarici işlər nazirinin müavini bildirib ki, mayın 19-da keçiriləcək görüş təsdiqlənib, lakin xarici işlər nazirlərinin üçtərəfli formatda, yoxsa... 16.05.2023, Sputnik Azərbaycan
2023-05-16T16:34+0400
2023-05-16T16:34+0400
2023-05-16T16:34+0400
moskva
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
ermənistan
ararat mirzoyan
https://cdnn1.img.sputnik.az/img/07e7/04/0e/453781059_0:0:2995:1685_1920x0_80_0_0_3c0d1193f45958889d7d23e66ae826f1.jpg
BAKI, 16 may — Sputnik. Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrovun görüşü mayın 19-da Moskvada baş tuta bilər. Bu barədə Sputnik Ermənistan-a Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan məlumat verib. Onun sözlərinə görə, görüş Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların növbəti raundu çərçivəsində keçirilə bilər. "Mayın 19-da keçiriləcək görüş təsdiqlənib, lakin xarici işlər nazirlərinin üçtərəfli formatda, yoxsa ayrı-ayrılıqda görüşəcəyi hələ məlum deyil", - Ovhannisyan bildirib. Qeyd edək ki, 1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/0e/453781059_133:0:2864:2048_1920x0_80_0_0_35c7f810c32a8c16034299d0d20f8e6e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
moskva, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ermənistan, ararat mirzoyan
moskva, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ermənistan, ararat mirzoyan
Moskva görüş olacaq: Ermənistan XİN rəhbərinin müavinindən açıqlama
Ermənistan xarici işlər nazirinin müavini bildirib ki, mayın 19-da keçiriləcək görüş təsdiqlənib, lakin xarici işlər nazirlərinin üçtərəfli formatda, yoxsa ayrı-ayrılıqda görüşəcəyi hələ məlum deyil.
BAKI, 16 may — Sputnik. Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrovun görüşü mayın 19-da Moskvada baş tuta bilər. Bu barədə Sputnik Ermənistan-a Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan məlumat verib.
Onun sözlərinə görə, görüş Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların növbəti raundu çərçivəsində keçirilə bilər.
"Mayın 19-da keçiriləcək görüş təsdiqlənib, lakin xarici işlər nazirlərinin üçtərəfli formatda, yoxsa ayrı-ayrılıqda görüşəcəyi hələ məlum deyil", - Ovhannisyan bildirib.
Qeyd edək ki, 1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.