https://sputnik.az/20230515/rusiya-hava-hucumundan-mudafie-sistemleri-storm-shadow-raketini-mehv-edib-454870360.html
Rusiya hava hücumundan müdafiə sistemləri "Storm Shadow" raketini məhv edib
Rusiya hava hücumundan müdafiə sistemləri "Storm Shadow" raketini məhv edib
Sputnik Azərbaycan
ABŞ-ın "The Drive" nəşrinə görə, raketin ixrac variantlarının diapazonu 250 kilometrdir, lakin 560 kilometrə qədər modifikasiyaları var. 15.05.2023, Sputnik Azərbaycan
2023-05-15T15:14+0400
2023-05-15T15:14+0400
2023-05-15T15:26+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
raket
rusiya müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/07/02/443623862_0:248:3163:2027_1920x0_80_0_0_2809b19ffa6d50ac42f6d9d768733c2d.jpg
BAKI, 15 may — Sputnik. Ötən gün Rusiya hava hücumundan müdafiə sistemləri "Storm Shadow" qanadlı raketini, 7 HARM antiradar raketini, 10 HIMARS mərmisini və 21 pilotsuz uçuş aparatını vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, Rusiya MN ilk dəfədir ki, "Storm Shadow" raketinin vurulması barədə məlumat yayır. "Storm Shadow" havadan gizli buraxılan qanadlı raketdir. Raket təyyarədən buraxılıb. Bu, "Matra" və "British Aerospace" şirkətinin birgə istehsalıdır. Bir rektin qiyməti təxminən iki milyon funt sterlinqdir. ABŞ-ın "The Drive" nəşrinə görə, raketin ixrac variantlarının diapazonu 250 kilometrdir, lakin 560 kilometrə qədər modifikasiyaları var. Böyük Britaniya ötən həftə "Storm Shadow" qanadlı raketlərini Ukraynaya ötürdüyünü elan edib (ixrac modifikasiyasının uçuş məsafəsi təxminən 250 kilometrdir). Eyni zamanda, CNN-in məlumatına görə, London Kiyevdən onların Rusiya üçün deyil, yalnız Ukraynanın özününkü hesab etdiyi ərazilərdəki hədəflər üçün istifadə ediləcəyinə dair zəmanət alıb. O vaxtdan bəri Kiyev bu raketləri Luqanska bir neçə dəfə atıb. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/02/443623862_188:0:2919:2048_1920x0_80_0_0_08c9e13160c3f46a47fa68eb07d42586.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ukrayna, raket, rusiya müdafiə nazirliyi
ukrayna, raket, rusiya müdafiə nazirliyi
Rusiya hava hücumundan müdafiə sistemləri "Storm Shadow" raketini məhv edib
15:14 15.05.2023 (Yenilənib: 15:26 15.05.2023) ABŞ-ın "The Drive" nəşrinə görə, raketin ixrac variantlarının diapazonu 250 kilometrdir, lakin 560 kilometrə qədər modifikasiyaları var.
BAKI, 15 may — Sputnik. Ötən gün Rusiya hava hücumundan müdafiə sistemləri "Storm Shadow" qanadlı raketini, 7 HARM antiradar raketini, 10 HIMARS mərmisini və 21 pilotsuz uçuş aparatını vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Rusiya MN ilk dəfədir ki, "Storm Shadow" raketinin vurulması barədə məlumat yayır.
"Storm Shadow" havadan gizli buraxılan qanadlı raketdir. Raket təyyarədən buraxılıb. Bu, "Matra" və "British Aerospace" şirkətinin birgə istehsalıdır. Bir rektin qiyməti təxminən iki milyon funt sterlinqdir. ABŞ-ın "The Drive" nəşrinə görə, raketin ixrac variantlarının diapazonu 250 kilometrdir, lakin 560 kilometrə qədər modifikasiyaları var.
Böyük Britaniya ötən həftə "Storm Shadow" qanadlı raketlərini Ukraynaya ötürdüyünü elan edib (ixrac modifikasiyasının uçuş məsafəsi təxminən 250 kilometrdir). Eyni zamanda, CNN-in məlumatına görə, London Kiyevdən onların Rusiya üçün deyil, yalnız Ukraynanın özününkü hesab etdiyi ərazilərdəki hədəflər üçün istifadə ediləcəyinə dair zəmanət alıb. O vaxtdan bəri Kiyev bu raketləri Luqanska bir neçə dəfə atıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.