https://sputnik.az/20230515/rusiya-aviasirketleri-gurcustan-qtisadiyyat-nazirliyine-muraciet-edib-454862614.html
Rusiya aviaşirkətləri Gürcüstan İqtisadiyyat Nazirliyinə müraciət edib
Rusiya aviaşirkətləri Gürcüstan İqtisadiyyat Nazirliyinə müraciət edib
Sputnik Azərbaycan
Mülki Aviasiya Agentliyinə bir neçə Rusiya aviaşirkətindən Gürcüstan və Rusiya arasında müntəzəm uçuşlara başlamaq xahişi ilə müraciət daxil olub. 15.05.2023, Sputnik Azərbaycan
2023-05-15T13:53+0400
2023-05-15T13:53+0400
2023-05-15T13:53+0400
rusiya
aviaşirkət
gürcüstan
müraciət
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439698708_0:0:3073:1728_1920x0_80_0_0_ea279bf521f5b70276df112198708800.jpg
BAKI, 15 may — Sputnik. Rusiya aviaşirkətləri Gürcüstan İqtisadiyyat Nazirliyinin Mülki Aviasiya Agentliyinə bu ölkəyə uçuşa başlamaqla bağlı müraciət edib. Bu barədə Rusiya Mülki Aviasiya Agentliyi məlumat yayıb. Bildirilib ki, Gürcüstan hökumətinə müraciət edən Rusiya aviaşirkətlərinin adları açıqlanmayıb. Agentlik vurğulayıb ki, uçuşların başlanması ilə bağlı hər bir müraciətlə bağlı qərar konkret aviaşirkətin fəaliyyəti, beynəlxalq sanksiyalarla bağlı statusu ətraflı öyrənildikdən sonra veriləcək. Mülki Aviasiya Agentliyi aviaşirkətlərin hava parkını da ətraflı öyrənəcək. Eyni zamanda, Mülki Aviasiya Agentliyi beynəlxalq sanksiyalara əməl edən, lakin eyni zamanda Rusiya Federasiyası ilə birbaşa uçuşlar həyata keçirən ölkələrlə məsləhətləşmələr aparır. Mayın 10-da Rusiya prezidenti Vladimir Putin mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi haqqında fərman imzalayıb. Prezident başqa bir fərmanla 2019-cu ildən qüvvədə olan Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turların satışına qadağa qoyulmasını ləğv edib. Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya tərəfinin qəbul etdiyi qərarları təxribat adlandırıb, hökumət və hakim "Gürcü Arzusu Demokratik Gürcüstan" partiyası isə Gürcüstan vətəndaşlarının Rusiya Federasiyasına vizasız gediş-gəlişi və birbaşa uçuşların mümkünlüyünü alqışlayıb. Gürcüstanla viza rejimi Rusiya hakimiyyətinin qərarı ilə 2000-ci ildə tətbiq edilib. Eyni zamanda, Gürcüstan 2012-ci ildən ruslar üçün vizaları ləğv edib. Gürcüstan qanunvericiliyinə görə, Rusiya vətəndaşları ölkəyə vizasız səfər edə və respublikada bir ilədək qala bilərlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439698708_0:0:2731:2048_1920x0_80_0_0_2d4dc9b5cdd020c0612d388169ee545b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aviaşirkət, gürcüstan, müraciət
aviaşirkət, gürcüstan, müraciət
Rusiya aviaşirkətləri Gürcüstan İqtisadiyyat Nazirliyinə müraciət edib
Mülki Aviasiya Agentliyinə bir neçə Rusiya aviaşirkətindən Gürcüstan və Rusiya arasında müntəzəm uçuşlara başlamaq xahişi ilə müraciət daxil olub.
BAKI, 15 may — Sputnik. Rusiya aviaşirkətləri Gürcüstan İqtisadiyyat Nazirliyinin Mülki Aviasiya Agentliyinə bu ölkəyə uçuşa başlamaqla bağlı müraciət edib.
Bu barədə Rusiya Mülki Aviasiya Agentliyi məlumat yayıb.
"Bildiririk ki, bu gündən etibarən Mülki Aviasiya Agentliyinə bir neçə Rusiya aviaşirkətindən Gürcüstan və Rusiya arasında müntəzəm uçuşlara başlamaq xahişi ilə müraciət daxil olub", - deyə məlumatda bildirilir.
Bildirilib ki, Gürcüstan hökumətinə müraciət edən Rusiya aviaşirkətlərinin adları açıqlanmayıb.
Agentlik vurğulayıb ki, uçuşların başlanması ilə bağlı hər bir müraciətlə bağlı qərar konkret aviaşirkətin fəaliyyəti, beynəlxalq sanksiyalarla bağlı statusu ətraflı öyrənildikdən sonra veriləcək. Mülki Aviasiya Agentliyi aviaşirkətlərin hava parkını da ətraflı öyrənəcək.
Eyni zamanda, Mülki Aviasiya Agentliyi beynəlxalq sanksiyalara əməl edən, lakin eyni zamanda Rusiya Federasiyası ilə birbaşa uçuşlar həyata keçirən ölkələrlə məsləhətləşmələr aparır.
Mayın 10-da Rusiya prezidenti Vladimir Putin mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi haqqında fərman imzalayıb. Prezident başqa bir fərmanla 2019-cu ildən qüvvədə olan Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turların satışına qadağa qoyulmasını ləğv edib. Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya tərəfinin qəbul etdiyi qərarları təxribat adlandırıb, hökumət və hakim "Gürcü Arzusu Demokratik Gürcüstan" partiyası isə Gürcüstan vətəndaşlarının Rusiya Federasiyasına vizasız gediş-gəlişi və birbaşa uçuşların mümkünlüyünü alqışlayıb.
Gürcüstanla viza rejimi Rusiya hakimiyyətinin qərarı ilə 2000-ci ildə tətbiq edilib. Eyni zamanda, Gürcüstan 2012-ci ildən ruslar üçün vizaları ləğv edib. Gürcüstan qanunvericiliyinə görə, Rusiya vətəndaşları ölkəyə vizasız səfər edə və respublikada bir ilədək qala bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.