https://sputnik.az/20230515/londonun-yeni-herbi-yardim-paketi-xhe-in-gedisatina-tesir-etmeyecek---peskov-454870702.html
Londonun yeni hərbi yardım paketi XHƏ-ın gedişatına təsir etməyəcək - Peskov
Londonun yeni hərbi yardım paketi XHƏ-ın gedişatına təsir etməyəcək - Peskov
Sputnik Azərbaycan
Rusiya liderinin sözçüsü qeyd edib ki, Kreml Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Çindən asılılığı ilə bağlı sözləri ilə qətiyyən razı deyil. 15.05.2023, Sputnik Azərbaycan
2023-05-15T15:30+0400
2023-05-15T15:30+0400
2023-05-15T15:30+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
dmitri peskov
ukrayna
silah
tədarük
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444332_0:157:3082:1891_1920x0_80_0_0_08909364ca2715fd0a21a561f32b985f.jpg
BAKI, 15 may — Sputnik. London öz hərəkətləri ilə Ukraynaya silah göndərən ölkələr arasında ön sıralarda olduğunu iddia edir. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Böyük Britaniya Baş naziri Rişi Sunak Londonun Ukrayna üçün zenit raketləri və yüzlərlə uzaqmənzilli pilotsuz uçan aparatlardan ibarət yeni hərbi paketi açıqlamaq niyyətində olduğunu açıqlayıb. Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayır". Moskva-Pekin münasibətləri Rusiya liderinin sözçüsü qeyd edib ki, Kreml Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Çindən asılılığı ilə bağlı sözləri ilə qətiyyən razı deyil. Bundan əvvəl Makron "Opinion" nəşrinə müsahibəsində Rusiyanın geosiyasi məğlubiyyətə uğradığını, Çindən asılılığa düşmək prosesinə başladığını və tarixi müttəfiqlərində şübhə yaratdığını bildirmişdi. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444332_176:0:2907:2048_1920x0_80_0_0_b176aa2335df5eae975d81b15d3fe511.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri peskov, ukrayna, silah, tədarük
dmitri peskov, ukrayna, silah, tədarük
Londonun yeni hərbi yardım paketi XHƏ-ın gedişatına təsir etməyəcək - Peskov
Rusiya liderinin sözçüsü qeyd edib ki, Kreml Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Çindən asılılığı ilə bağlı sözləri ilə qətiyyən razı deyil.
BAKI, 15 may — Sputnik. London öz hərəkətləri ilə Ukraynaya silah göndərən ölkələr arasında ön sıralarda olduğunu iddia edir. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Böyük Britaniya Baş naziri Rişi Sunak Londonun Ukrayna üçün zenit raketləri və yüzlərlə uzaqmənzilli pilotsuz uçan aparatlardan ibarət yeni hərbi paketi açıqlamaq niyyətində olduğunu açıqlayıb.
"Biz bunu son dərəcə mənfi qiymətləndiririk, Böyük Britaniya Ukraynaya silah göndərməyə davam edən ölkələr arasında ön sıralarda olduğunu iddia edir. Biz bir daha təkrar edirik ki, bu, xüsusi hərbi əməliyyatın gedişatına hər hansı əhəmiyyətli və əsaslı təsir göstərə bilməz, lakin, əlbəttə ki, bu, münasibətlərin daha da pozulmasına və növbəti cavab hərəkətlərinə gətirib çıxarır.Yəni Ukrayna üçün bu, vəziyyəti xeyli çətinləşdirir", – Peskov Kremlin Britaniya hökumətinin bəyanatına münasibətini jurnalistlərə şərh edərkən deyib.
Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayır".
Moskva-Pekin münasibətləri
Rusiya liderinin sözçüsü qeyd edib ki, Kreml Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Çindən asılılığı ilə bağlı sözləri ilə qətiyyən razı deyil.
Bundan əvvəl Makron "Opinion" nəşrinə müsahibəsində Rusiyanın geosiyasi məğlubiyyətə uğradığını, Çindən asılılığa düşmək prosesinə başladığını və tarixi müttəfiqlərində şübhə yaratdığını bildirmişdi.
"Bizim Çin Xalq Respublikası ilə münasibətlərimiz strateji, xüsusi tərəfdaşlıq xarakteri daşıyır və bu, kimdənsə asılılıqla bağlı deyil. Bu, qarşılıqlı maraqların nəzərə alınmasıdır, bu, qarşılıqlı faydadır, bu, beynəlxalq məsələlərə münasibətdə mövqelərin yaxınlığıdır", - Peskov jurnalistlərə bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.