https://sputnik.az/20230513/abs-in-ukraynaya-desteyi-kiyevin-meglubiyyetine-sebeb-ola-biler-454748013.html
ABŞ-ın Ukraynaya dəstəyi Kiyevin məğlubiyyətinə səbəb ola bilər
ABŞ-ın Ukraynaya dəstəyi Kiyevin məğlubiyyətinə səbəb ola bilər
Sputnik Azərbaycan
Vaşinqtonun Kiyevə dəstəyi bu ölkəni münaqişədə tükəndirəcək, çünki Rusiya daha çox resurs və atəş gücünə malikdir. 13.05.2023, Sputnik Azərbaycan
2023-05-13T20:28+0400
2023-05-13T20:28+0400
2023-05-13T20:28+0400
kiyev
rusiya
abş
ukrayna
ronald reyqan
https://cdnn1.img.sputnik.az/img/07e6/06/02/442450291_0:160:3073:1888_1920x0_80_0_0_0b8a8d0514b40b233672b9af14b49e7c.jpg
BAKI, 13 may — Sputnik. ABŞ-ın köməyinə baxmayaraq, Kiyev Ukrayna münaqişəsində məğlub ola bilər. Prezident Ronald Reyqanın keçmiş xüsusi köməkçisi Duq Bendou bu barədə "The American Conservative" (TAC) üçün məqaləsində yazıb. O, hesab edir ki, Ukraynanın qələbəsi onun müttəfiqlərinin işçi qüvvəsi və silah ehtiyatlarının olmaması səbəbindən mümkün deyil. Bendou, eyni zamanda, vurğulayıb ki, Vaşinqtonun Kiyevə dəstəyi bu ölkəni münaqişədə tükəndirəcək, çünki Rusiya daha çox resurs və atəş gücünə malikdir. "ABŞ təkid edir ki, Ukrayna hərbi əməliyyatlarda nə qədər iştirak etmək istədiyinə özü qərar verməlidir. Lakin Amerika tərəfi Kiyevi həvəsləndirə və ona boş yerə döyüşmək hüququ verə bilməz", - deyə müəllif sözünə davam edib. Bendou əmindir ki, münaqişənin uzadılması onun genişlənməsinə və eskalasiyasına gətirib çıxara bilər. Bu amillər ABŞ-ı da buna cəlb edə bilər. Bunu həm Kiyev, həm də Şərqi Avropa ölkələri istəyir. Bununla belə, Vaşinqton böhranın iştirakçısına çevrilməməlidir, çünki Ukrayna ABŞ-ın təhlükəsizliyi üçün çox az əhəmiyyət kəsb edir", - deyə o, sözünü yekunlaşdırıb. ABŞ və Qərb ölkələri Ukraynaya sursat, artilleriya mərmiləri, hərbi texnika və digər silahlar göndərməklə ona yardım edirlər. Rusiya isə bu cür tədarüklərə qarşıdır. Kreml hesab edir ki, bu cür hərbi yardım Kiyevə kömək etməyəcək, əksinə, mövcud münaqişəni daha da gərginləşdirəcək. Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya ilə ABŞ arasında münasibətlərin hazırda açıq hərbi münaqişə ərəfəsində olduğunu bildirmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/02/442450291_170:0:2901:2048_1920x0_80_0_0_b1130af6c7f121f3b22dfd2f3bca4ed3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
kiyev, abş, ukrayna, ronald reyqan
kiyev, abş, ukrayna, ronald reyqan
ABŞ-ın Ukraynaya dəstəyi Kiyevin məğlubiyyətinə səbəb ola bilər
Vaşinqtonun Kiyevə dəstəyi bu ölkəni münaqişədə tükəndirəcək, çünki Rusiya daha çox resurs və atəş gücünə malikdir.
BAKI, 13 may — Sputnik. ABŞ-ın köməyinə baxmayaraq, Kiyev Ukrayna münaqişəsində məğlub ola bilər.
Prezident Ronald Reyqanın keçmiş xüsusi köməkçisi Duq Bendou bu barədə "The American Conservative" (TAC) üçün məqaləsində yazıb.
O, hesab edir ki, Ukraynanın qələbəsi onun müttəfiqlərinin işçi qüvvəsi və silah ehtiyatlarının olmaması səbəbindən mümkün deyil. Bendou, eyni zamanda, vurğulayıb ki, Vaşinqtonun Kiyevə dəstəyi bu ölkəni münaqişədə tükəndirəcək, çünki Rusiya daha çox resurs və atəş gücünə malikdir.
"ABŞ təkid edir ki, Ukrayna hərbi əməliyyatlarda nə qədər iştirak etmək istədiyinə özü qərar verməlidir. Lakin Amerika tərəfi Kiyevi həvəsləndirə və ona boş yerə döyüşmək hüququ verə bilməz", - deyə müəllif sözünə davam edib.
Bendou əmindir ki, münaqişənin uzadılması onun genişlənməsinə və eskalasiyasına gətirib çıxara bilər. Bu amillər ABŞ-ı da buna cəlb edə bilər. Bunu həm Kiyev, həm də Şərqi Avropa ölkələri istəyir. Bununla belə, Vaşinqton böhranın iştirakçısına çevrilməməlidir, çünki Ukrayna ABŞ-ın təhlükəsizliyi üçün çox az əhəmiyyət kəsb edir", - deyə o, sözünü yekunlaşdırıb.
ABŞ və Qərb ölkələri Ukraynaya sursat, artilleriya mərmiləri, hərbi texnika və digər silahlar göndərməklə ona yardım edirlər. Rusiya isə bu cür tədarüklərə qarşıdır. Kreml hesab edir ki, bu cür hərbi yardım Kiyevə kömək etməyəcək, əksinə, mövcud münaqişəni daha da gərginləşdirəcək.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya ilə ABŞ arasında münasibətlərin hazırda açıq hərbi münaqişə ərəfəsində olduğunu bildirmişdi.