https://sputnik.az/20230512/turkiyenin-rusiya-ile-munasibetleri-deyismeyecek---aydin-sezer-454782488.html
Türkiyənin Rusiya ilə münasibətləri dəyişməyəcək - Aydın Sezər
Türkiyənin Rusiya ilə münasibətləri dəyişməyəcək - Aydın Sezər
Sputnik Azərbaycan
Rusiyadakı keçmiş ticarət nümayəndəsi bildirib ki, Ankara ilə Moskva arasında münasibətlərdə qlobal dəyişikliklər texniki baxımdan mümkün deyil. 12.05.2023, Sputnik Azərbaycan
2023-05-12T20:43+0400
2023-05-12T20:43+0400
2023-05-12T20:43+0400
rusiya
rusiya
türkiyə
münasibətlər
səfir
https://cdnn1.img.sputnik.az/img/07e7/04/07/453512156_0:170:3034:1877_1920x0_80_0_0_f87748acd23f0b2c70d162e2d8695a31.jpg
BAKI, 12 may — Sputnik. Müxalifət iqtidara gəlsə, Türkiyənin Rusiya ilə münasibətləri dəyişməyəcək, çünki Ankaranın heç bir Qərb ölkəsi ilə o qədər müxtəlif səviyyəli iqtisadi əlaqələri yoxdur. Bu fikir TASS-a Türkiyənin Rusiyadakı keçmiş ticarət nümayəndəsi Aydın Sezər deyib. Onun sözlərinə görə, bu cür müxtəlif iqtisadi əlaqələr Türkiyənin heç bir Qərb ölkəsi ilə münasibətlərində yoxdur"."Bu səbəbdən yeni dövrdə Rusiya xüsusi mövqe tutacaq. Buna heç bir şübhə yoxdur. Bunu Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu özü bəyan edir", - o vurğulayıb. Sezər əmindir ki, Ankara ilə Moskva arasında münasibətlərdə qlobal dəyişikliklər texniki baxımdan mümkün deyil.Türkiyədə prezident seçkiləri mayın 14-nə təyin edilib. Türkiyənin hazırkı prezidenti Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu ən yüksək dövlət postuna əsas namizədlər hesab edilir. Birinci turda qalib gəlmək üçün 50%-dən çox səs toplamaq lazımdır. Əks halda ikinci tur mayın 28-də baş tutacaq. Analitiklər Türkiyədə seçkilərin iki turda keçiriləcəyini istisna etmirlər. Kılıçdaroğlu bir müddət əvvəl bəyan etmişdi ki, seçkilərdə qalib gəlsə, Rusiya ilə münasibətləri kəsməyəcək. O, Türkiyənin Rusiya ilə sıx iqtisadi əlaqələrinin olduğunu xatırladaraq, Moskva ilə münasibətlərdə xarici siyasətdə incə balansı qoruyacağını açıq şəkildə ifadə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/07/453512156_153:0:2882:2047_1920x0_80_0_0_9e6360f70a5d5e7f0a997690c24cee87.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, türkiyə, münasibətlər, səfir
rusiya, türkiyə, münasibətlər, səfir
Türkiyənin Rusiya ilə münasibətləri dəyişməyəcək - Aydın Sezər
Rusiyadakı keçmiş ticarət nümayəndəsi bildirib ki, Ankara ilə Moskva arasında münasibətlərdə qlobal dəyişikliklər texniki baxımdan mümkün deyil.
BAKI, 12 may — Sputnik. Müxalifət iqtidara gəlsə, Türkiyənin Rusiya ilə münasibətləri dəyişməyəcək, çünki Ankaranın heç bir Qərb ölkəsi ilə o qədər müxtəlif səviyyəli iqtisadi əlaqələri yoxdur. Bu fikir TASS-a Türkiyənin Rusiyadakı keçmiş ticarət nümayəndəsi Aydın Sezər deyib.
"Türkiyə Qərblə hərəkət edən bir ölkə olacaq. Burada təəccüblü heç nə yoxdur. Türkiyənin Qərb alyansının bir hissəsi olması Rusiya ilə münasibətlərə mənfi təsir göstərmir. Bu, tamam başqa məsələdir. Çünki bizim Soyuq Müharibə dövründə Sovet İttifaqı ilə çox sağlam və dərin münasibətlərimiz var idi. Rusiya Federasiyasının yaradılmasından sonra da münasibətlər eyni məcrada inkişaf etdi.Ona görə də Rusiya Türkiyənin xarici siyasətində Qərbə alternativ deyil. Rusiya Türkiyə üçün strateji əhəmiyyətli ölkədir", - mənbə bildirib.
Onun sözlərinə görə, bu cür müxtəlif iqtisadi əlaqələr Türkiyənin heç bir Qərb ölkəsi ilə münasibətlərində yoxdur".
"Bu səbəbdən yeni dövrdə Rusiya xüsusi mövqe tutacaq. Buna heç bir şübhə yoxdur. Bunu Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu özü bəyan edir", - o vurğulayıb.
Sezər əmindir ki, Ankara ilə Moskva arasında münasibətlərdə qlobal dəyişikliklər texniki baxımdan mümkün deyil.
"İqtisadi baxımdan, sadəcə olaraq, bu münasibətlərin alternativi yoxdur. Beləliklə, Türkiyə və Rusiya bir-birindən asılıdır. Və bunu dəyişmək mümkün deyil", - o izah edib.
Türkiyədə prezident seçkiləri mayın 14-nə təyin edilib. Türkiyənin hazırkı prezidenti Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu ən yüksək dövlət postuna əsas namizədlər hesab edilir. Birinci turda qalib gəlmək üçün 50%-dən çox səs toplamaq lazımdır. Əks halda ikinci tur mayın 28-də baş tutacaq. Analitiklər Türkiyədə seçkilərin iki turda keçiriləcəyini istisna etmirlər.
Kılıçdaroğlu bir müddət əvvəl bəyan etmişdi ki, seçkilərdə qalib gəlsə, Rusiya ilə münasibətləri kəsməyəcək. O, Türkiyənin Rusiya ilə sıx iqtisadi əlaqələrinin olduğunu xatırladaraq, Moskva ilə münasibətlərdə xarici siyasətdə incə balansı qoruyacağını açıq şəkildə ifadə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.