https://sputnik.az/20230512/rusiya-qerbin-hereketlerini-santaj-ve-tezyiq-cehdi-hesab-edir---lavrov-454762301.html
Rusiya Qərbin hərəkətlərini şantaj və təzyiq cəhdi hesab edir - Lavrov
Rusiya Qərbin hərəkətlərini şantaj və təzyiq cəhdi hesab edir - Lavrov
Sputnik Azərbaycan
Rusiya XİN rəhbəri bildirib ki, BMT-nin qanuni orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi böyük təzyiq altındadır. 12.05.2023, Sputnik Azərbaycan
2023-05-12T11:55+0400
2023-05-12T11:55+0400
2023-05-12T11:55+0400
rusiya
sergey lavrov
qərb
məhkəmə
soyqırım
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453270449_0:161:3071:1888_1920x0_80_0_0_021242cc8b6340468023ee82329bf5fa.jpg
BAKI, 12 may — Sputnik. Rusiya Beynəlxalq Məhkəmə prosesinə Ukrayna tərəfində qoşulmağa çalışan Qərb ölkələrinin hərəkətlərini açıq şantaj və təzyiq cəhdi kimi qiymətləndirir. Bu barədə Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov XI Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun iştirakçılarına videomüraciətində bildirib. Fevralın 26-da Ukrayna "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" 1948-ci il Konvensiyanın təfsiri, tətbiqi və icrası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində Rusiya Federasiyasına qarşı iddia qaldırıb.İddia ərizəsində Kiyev Rusiyanın "Donetsk" və "Luqansk Xalq Respublikaları"nı tanıması və xüsusi hərbi əməliyyat keçirməsinin səbəblərindən biri kimi çıxış edən Donbassda soyqırımın baş verməsi faktını rədd edib.Bununla əlaqədar olaraq, Ukrayna tərəfi məhkəmədən Rusiya Federasiyasının Ukraynada və ona qarşı hərəkətləri üçün heç bir hüquqi əsasın olmadığını tanımağı və münaqişənin genişlənməsinin qarşısını almaq üçün prosesin müddəti üçün müvəqqəti tədbirlər görməyi tələb edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453270449_170:0:2901:2048_1920x0_80_0_0_959bf5b8b402918db417cc9ebc2c4700.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey lavrov, qərb, məhkəmə, soyqırım
sergey lavrov, qərb, məhkəmə, soyqırım
Rusiya Qərbin hərəkətlərini şantaj və təzyiq cəhdi hesab edir - Lavrov
Rusiya XİN rəhbəri bildirib ki, BMT-nin qanuni orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi böyük təzyiq altındadır.
BAKI, 12 may — Sputnik. Rusiya Beynəlxalq Məhkəmə prosesinə Ukrayna tərəfində qoşulmağa çalışan Qərb ölkələrinin hərəkətlərini açıq şantaj və təzyiq cəhdi kimi qiymətləndirir. Bu barədə Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov XI Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun iştirakçılarına videomüraciətində bildirib.
"Qaydalara əsaslanan mübahisələrin hüquq çərçivəsində sülh yolu ilə həllinə qarşı hücumlar da güclənir. BMT-nin qanuni orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi böyük təzyiq altındadır. Belə olan halda, neonasist Kiyev rejimi və onun amerikalı ağaları pozulmuş məntiqə əsaslanaraq, Rusiya Federasiyasına qarşı Soyqırımın Qarşısının Alınması Konvensiyasına uyğun olaraq bir iddia irəli sürdülər. Məhkəmə kollektiv Qərbin təzyiqlərinə müqavimət göstərməyib və indiyədək qondarma müvəqqəti tədbirlər tətbiq edib. Eyni zamanda, əsasən Avropa İttifaqı və NATO üzvü olan 30-dan çox ölkə prosesə tərəf kimi daxil olmağa çalışır. Biz bu cür hərəkətləri məhkəmə prosedurlarından açıq-aşkar sui-istifadə, açıq təzyiq cəhdi və şantaj kimi qiymətləndiririk", - Lavrov bildirib.
Fevralın 26-da Ukrayna "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" 1948-ci il Konvensiyanın təfsiri, tətbiqi və icrası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində Rusiya Federasiyasına qarşı iddia qaldırıb.
İddia ərizəsində Kiyev Rusiyanın "Donetsk" və "Luqansk Xalq Respublikaları"nı tanıması və xüsusi hərbi əməliyyat keçirməsinin səbəblərindən biri kimi çıxış edən Donbassda soyqırımın baş verməsi faktını rədd edib.
Bununla əlaqədar olaraq, Ukrayna tərəfi məhkəmədən Rusiya Federasiyasının Ukraynada və ona qarşı hərəkətləri üçün heç bir hüquqi əsasın olmadığını tanımağı və münaqişənin genişlənməsinin qarşısını almaq üçün prosesin müddəti üçün müvəqqəti tədbirlər görməyi tələb edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.