Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: "Qərb ölkələrinin vətəndaşları bu siyasətin bədəlini ödəyirlər "

© Sputnik / Евгений ОдиноковRusiya prezidentinin sözçüsü Dmitri Peskov
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 12.05.2023
Abunə olmaq
Rusiya Prezidentinin sözçüsü bildirib ki, Qərbdə getdikcə daha böyük analitik kollektiv sanksiyalar siyasətinin effektivliyi barədə danışmağa çalışırlar.
BAKI, 12 may — Sputnik. Qərb ölkələrinin vətəndaşları başa düşməlidirlər ki, onlar öz liderlərinin səhv və səmərəsiz siyasətinin bədəlini ödəyirlər. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov anti-Rusiya sanksiyalarının səmərəsiz nəticələrindən danışarkən deyib.
Britaniyanın həftəlik "The Spectator" nəşrində Qərb siyasətinin səmərəsizliyi ilə bağlı dərc olunmuş məqaləni şərh edən Kremlin sözçüsü deyib:

"Qərbdə getdikcə daha böyük analitik kollektiv Qərbin sanksiyalar siyasətinin effektivliyini sorğulamağa çalışırlar. Peskov bu tendensiyanı müsbət qiymətləndirib. Onun fikrincə, insanların hələ də sual verib düşünməsi pisdən daha yaxşıdır. Biz istərdik ki, kollektiv Qərb ölkələrindəki insanlar bilsinlər ki, onlar öz liderlərinin səhv, yanlış və səmərəsiz siyasətinin bədəlini ödəməli olurlar", - Kreml sözçüsü vurğulayıb.

Cümə axşamı "The Spectator" nəşri Ukraynada xüsusi hərbi əməliyyata başladıqdan sonra Qərb dövlətlərinin Rusiyaya iqtisadi müharibə elan etməklə öz məqsədlərinə nail ola bilmədiklərini qeyd edən məqalə dərc edib.
Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə əlaqədar Qərb Rusiyaya sanksiya təzyiqlərini artırıb, bir çox Avropa şirkəti Rusiya bazarını tərk edib. Ötən ilin fevralından Avropa İttifaqı artıq Rusiya Federasiyasına qarşı on sanksiya paketi tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin dəfələrlə qeyd edib ki, ölkəni cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Moskva dəfələrlə bəyan edib ki, ölkə sanksiyaların öhdəsindən gələcək.
Rusiyadakı Belçika-Lüksemburq Ticarət Palatasının baş direktoru Oleq Prozorov qeyd edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Qərb şirkətlərinin üzərinə ağır psixoloji yük qoyur, lakin buna baxmayaraq, onlar Rusiya bazarında öz varlığını qoruyub saxlamağa çalışırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0