https://sputnik.az/20230512/kreml-kilicdaroglunun-rusiyaya-qarsi-ittihamina-cavab-verdi-454769291.html
Kreml Kılıçdaroğlunun Rusiyaya qarşı ittihamına cavab verdi
Kreml Kılıçdaroğlunun Rusiyaya qarşı ittihamına cavab verdi
Sputnik Azərbaycan
Rəsmi Moskva müxalifətdən Türkiyə prezidentliyinə namizədin Rusiyanın bu ölkənin daxili işlərinə qarışması ilə bağlı ittihamlarını rədd edib. 12.05.2023, Sputnik Azərbaycan
2023-05-12T14:27+0400
2023-05-12T14:27+0400
2023-05-12T14:27+0400
rusiya
türkiyə
seçki
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444187_0:31:3069:1757_1920x0_80_0_0_bf6faa86fa29bf93ffe736b3d4cbdf6d.jpg
BAKI, 12 may — Sputnik. Moskva Ankara ilə münasibətləri yüksək qiymətləndirir, çünki o, çox məsuliyyətli, suveren və düşünülmüş mövqe tutur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Kreml müxalifətdən Türkiyə prezidentliyinə namizədin Rusiyanın bu ölkənin daxili işlərinə qarışması ilə bağlı ittihamlarını rədd edib:"Biz dəfələrlə demişik və israr edirik ki, xarici dövlətlərin daxili işlərinə və seçki proseslərinə qarışmırıq". Kreml sözçüsü əlavə edib: "Biz rəsmən bəyan edirik ki, hər hansı müdaxilədən söhbət gedə bilməz və əgər kimsə cənab Kılıçdaroğluna belə bir məlumat veribsə, deməli, yalançıdır". Bundan əvvəl media Kılıçdaroğluna istinadən "Twitter"də yazıb ki, Türkiyə prezidentliyinə namizəd "Rusiyanı respublikanın seçkilərinə müdaxilə etməməyə çağırıb".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444187_169:0:2900:2048_1920x0_80_0_0_b21556533fa09517cc89c94cdb4175da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, seçki
Kreml Kılıçdaroğlunun Rusiyaya qarşı ittihamına cavab verdi
Rəsmi Moskva müxalifətdən Türkiyə prezidentliyinə namizədin Rusiyanın bu ölkənin daxili işlərinə qarışması ilə bağlı ittihamlarını rədd edib.
BAKI, 12 may — Sputnik. Moskva Ankara ilə münasibətləri yüksək qiymətləndirir, çünki o, çox məsuliyyətli, suveren və düşünülmüş mövqe tutur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz Türkiyə ilə ikitərəfli münasibətlərimizi çox yüksək qiymətləndiririk. Çünki Türkiyə Respublikası indiyədək üzləşdiyimiz bir sıra regional və dünya problemləri ilə bağlı çox məsuliyyətli suveren və yaxşı düşünülmüş mövqe tutub. Bu mövqe bizim üçün çox cəlbedicidir", - deyə Peskov deyib.
Kreml müxalifətdən Türkiyə prezidentliyinə namizədin Rusiyanın bu ölkənin daxili işlərinə qarışması ilə bağlı ittihamlarını rədd edib:
"Biz dəfələrlə demişik və israr edirik ki, xarici dövlətlərin daxili işlərinə və seçki proseslərinə qarışmırıq".
Kreml sözçüsü əlavə edib: "Biz rəsmən bəyan edirik ki, hər hansı müdaxilədən söhbət gedə bilməz və əgər kimsə cənab Kılıçdaroğluna belə bir məlumat veribsə, deməli, yalançıdır".
Bundan əvvəl media Kılıçdaroğluna istinadən "Twitter"də yazıb ki, Türkiyə prezidentliyinə namizəd "Rusiyanı respublikanın seçkilərinə müdaxilə etməməyə çağırıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.