Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bakıda "Sputnik Azərbaycan"ın Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotosərgisi açılıb

© Sputnik / Murad OrudjevBakıdakı Rus Evində Sputnik Azərbaycan-ın “Heydər Əliyev: ölkəyə və dünyaya açıq ürəklə” fotosərgisi
Bakıdakı Rus Evində Sputnik Azərbaycan-ın “Heydər Əliyev: ölkəyə və dünyaya açıq ürəklə” fotosərgisi  - Sputnik Azərbaycan, 1920, 12.05.2023
Abunə olmaq
Ekspozisiyada ümummilli liderin informasiya agentliyinin əməkdaşları tərəfindən müxtəlif illərdə çəkilmiş fotoşəkilləri yer alıb.
BAKI, 12 may - Sputnik. Bakıdakı Rus Evində Sputnik Azərbaycan-ın “Heydər Əliyev: ölkəyə və dünyaya açıq ürəklə” fotosərgisi açılıb. Sərgi respublikada 2023-cü il elan edilmiş “Heydər Əliyev ili” çərçivəsində təşkil olunub.
Sputnik Azərbaycan-ın hazırladığı ekspozisiyada informasiya agentliyinin əməkdaşlarının müxtəlif illərdə çəkdiyi arxiv görüntüləri yer alıb. Təqdim olunan fotolar görkəmli siyasətçinin çoxşaxəli həyatının - şəxsi, iş və rəsmi həyatının, o cümlədən xarici həmkarları ilə görüşlərinin anlarını əks etdirir. Unikal kadrlardan biri 1993-cü ildə seçkilər ərəfəsində Heydər Əliyevin mətbuat konfransında iştirakı zamanı çəkilib. Bundan sonra Heydər Əliyev ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib.

“Fotosərgimiz Azərbaycanın inkişafında əvəzsiz xidmətləri olan, dövlətlərimiz arasında dostluğun möhkəm təməlini qoyan ümummilli liderin xatirəsinə ehtiramdır”, - deyə açılış mərasimində Sputnik Azərbaycan-ın rəhbəri İqor Kartavıx bildirib.

© Sputnik / Murad OrudjevSputnik Azərbaycan-ın rəhbəri İqor Kartavıx, arxiv şəkli
Фотовыставка Sputnik Азербайджан Гейдар Алиев: с открытым сердцем к стране и миру открылась в Русском доме в Баку. Экспозиция приурочена к Году Гейдара Алиева. - Sputnik Azərbaycan, 1920, 12.05.2023
Sputnik Azərbaycan-ın rəhbəri İqor Kartavıx, arxiv şəkli
Tədbirin qonaqları həmçinin Rusiyanın “Tavolqa” Elm və Mədəniyyətin İnkişafı Fondunun təşkilatçılığı ilə “Heydər Əliyevin 100 illik yubileyinə və onun Baykal-Amur magistralının tikintisində rolu” adlı fotosərgi ilə də tanış ola bilərlər.
Fotoşəkillər Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi illərdə Baykal-Amur magistralının uğurlu tikintisində müstəsna xidmətlərindən xəbər verir.
Açılış mərasimi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının hazırladığı konsert proqramı ilə başa çatıb.
Akademiyanın müəllim və tələbələri, respublika musiqi müsabiqələrinin laureatları Heydər Əliyevin sevimli əsərlərini ifa ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0