Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya “Taxıl sazişi”nin sonsuz uzadılmasına qarşıdır

© Official website of President of Azerbaijan RepublicRusiyanın Xarici İşlər nazirinin müavini Sergey Verşinin Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Bakıda keçirilən 18-ci Zirvə Görüşündə
Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Verşinin Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Bakıda keçirilən 18-ci Zirvə Görüşündə - Sputnik Azərbaycan, 1920, 11.05.2023
Abunə olmaq
Verşinin nazir müavinləri səviyyəsində “Taxıl sazişi” ilə bağlı yeni görüşün planlaşdırılmadığını, lakin Rusiyanın Türkiyə və BMT ilə əlaqəni davam etdirdiyini əlavə edib.
BAKI, 11 may - Sputnik. Rusiya “Taxıl sazişi”nin sonsuz uzadılmasına və ya genişlənməsinə qarşıdır.
APA xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin İstanbulda Rusiya Federasiyası, Ukrayna, Türkiyə və BMT arasında “Taxıl sazişi” üzrə aparılan danışıqların yekununda bildirib.
Onun sözlərinə görə, Rusiya bir sıra Qərb ölkələrinin tərəfdarı olduğu “Taxıl sazişi”nin sonsuz uzadılmasına və ya genişlənməsinə qarşıdır.
Verşinin mayın 18-də başa çatacaq “Taxıl sazişi”nin uzadılması məsələsində irəli qaçmamağa çağırıb.
"Gəlin irəli qaçmayaq. Bilirsiniz ki, vaxtında Qara dəniz təşəbbüsünün sonuncu dəfə 60 gün, yəni mayın 18-dək uzadılması ilə bağlı qərar qəbul edilmişdi. Hələ bir az vaxt var. Təbii ki, biz bu təşəbbüsün təhrif və çatışmazlıqlarını düzəltmək üçün görülən işləri çox diqqətlə izləyirik”, - deyə rusiyalı diplomat vurğulayıb.
Verşinin nazir müavinləri səviyyəsində “Taxıl sazişi” ilə bağlı yeni görüşün planlaşdırılmadığını, lakin Rusiyanın Türkiyə və BMT ilə əlaqəni davam etdirdiyini əlavə edib.
Xəbər lenti
0