Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Gürcüstanla viza rejiminin ləğvi ilk növbədə humanitar xarakter daşıyır - Peskov

© Sputnik / Владимир АстапковичRusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 11.05.2023
Abunə olmaq
Çərşənbə günü Putin mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi haqqında fərman imzalayıb.
BAKI, 11 may — Sputnik. Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi ilk növbədə humanitar xarakter daşıyır.
Bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Dünən Tiflisdən fərqli reaksiya gəlib - mənfi və təmkinli reaksiya olub. Ancaq bu halda, əlbəttə ki, söhbət humanitar xarakterli qərardan gedir", - deyə Peskov Rusiya Prezidenti Vladimir Putinin Gürcüstanla viza rejimini ləğvi ilə bağlı qərarını şərh edərkən bildirib.
"Uzun müddətdir ki, Rusiya hakimiyyəti hər iki ölkənin vətəndaşlarından və sahibkarlarından, ictimai birliklərdən, elm dairələrindən, mədəniyyət xadimlərindən bu qərarların qəbul edilməsini xahiş edən müraciətlər alır. Bu, məhz humanitar mülahizələrə əsaslanıb", - deyə prezidentinin mətbuat katibi əlavə edib.
Çərşənbə günü Putin mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi haqqında fərman imzalayıb. Digər fərmanla o, 2019-cu ildən qüvvədə olan Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turların satışına qoyulan qadağanı ləğv edib. Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiya tərəfinin qəbul etdiyi qərarları təxribat adlandırıb. Eyni zamanda ölkənin xarici işlər naziri İlya Darçiaşvili isə Gürcüstan vətəndaşlarının Rusiyaya vizasız səfərlərin və birbaşa reyslərin mümkünlüyünü alqışlayıb.
Xatırladaq ki, Gürcüstanla viza rejimi Rusiya hakimiyyətinin qərarı ilə 2000-ci ildə tətbiq edilib. Eyni zamanda, Gürcüstan 2012-ci ildən rusiyalılar üçün vizaları ləğv edib. Gürcüstan qanunvericiliyinə görə, Rusiya vətəndaşları ölkəyə vizasız səfər edə bilər və bir ilə qədər respublikada qala bilərlər. İki ölkə arasında diplomatik əlaqələr 2008-ci ildə Rusiyanın Abxaziya və Cənubi Osetiyanı tanımasından sonra Tbilisi tərəfindən kəsilib.
Xəbər lenti
0