https://sputnik.az/20230511/britaniyali-nazir-ukraynaya-uzaqmenzilli-raketlerin-verildiyini-tesdiqledi-454747623.html
Britaniyalı nazir Ukraynaya uzaqmənzilli raketlərin verildiyini təsdiqlədi
Britaniyalı nazir Ukraynaya uzaqmənzilli raketlərin verildiyini təsdiqlədi
Sputnik Azərbaycan
Daha əvvəl CNN Qərb rəsmilərinə istinadən xəbər vermişdi ki, Britaniya "Storm Shadow" uzaqmənzilli qanadlı raketləri Ukraynaya təhvil verib, London isə... 11.05.2023, Sputnik Azərbaycan
2023-05-11T17:16+0400
2023-05-11T17:16+0400
2023-05-11T17:23+0400
böyük britaniya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/05/0b/454746737_0:160:3072:1888_1920x0_80_0_0_0dcc6061355c6c4a39f4588de10d9c62.jpg
BAKI, 11 may — Sputnik. Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Londonun "Storm Shadow" uzaqmənzilli qanadlı raketlərini Kiyevə ötürdüyünü təsdiqləyib. "Baş nazir və mən daha uzun mənzilli silahların verilməsi barədə qərar qəbul etdik. Bu gün mən Böyük Britaniyanın "Storm Shadow" raketlərini Ukraynaya ötürdüyünü təsdiq edə bilərəm", - o, İcmalar Palatasında Ukrayna ilə bağlı danışarkən deyib. Daha əvvəl CNN Qərb rəsmilərinə istinadən xəbər vermişdi ki, Britaniya "Storm Shadow" uzaqmənzilli qanadlı raketləri Ukraynaya təhvil verib, London isə Kiyevdən onların Rusiya Federasiyasındakı hədəflərə qarşı istifadə olunmayacağına dair zəmanət alıb. Rusiya Londondan Kiyevə qanadlı raketlərin tədarükünə son dərəcə mənfi yanaşır və adekvat cavab veriləcəyini açıqlayıb. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, bunun üçün rusiyalı hərbçilər tərəfindən adekvat cavab tədbirləri görüləcək. Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayır". Kreml bəyan edib ki, Ukraynaya Qərbdən silahların göndərilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir. Rusiya xarici işlər naziri Sergey Lavrov həmçinin bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə birbaşa iştirak edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/0b/454746737_171:0:2902:2048_1920x0_80_0_0_f6eccf4e78c7d6ed92b6658f5534a23c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
böyük britaniya, ukrayna
Britaniyalı nazir Ukraynaya uzaqmənzilli raketlərin verildiyini təsdiqlədi
17:16 11.05.2023 (Yenilənib: 17:23 11.05.2023) Daha əvvəl CNN Qərb rəsmilərinə istinadən xəbər vermişdi ki, Britaniya "Storm Shadow" uzaqmənzilli qanadlı raketləri Ukraynaya təhvil verib, London isə Kiyevdən onların Rusiya Federasiyasındakı hədəflərə qarşı istifadə olunmayacağına dair zəmanət alıb.
BAKI, 11 may — Sputnik. Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Londonun "Storm Shadow" uzaqmənzilli qanadlı raketlərini Kiyevə ötürdüyünü təsdiqləyib.
"Baş nazir və mən daha uzun mənzilli silahların verilməsi barədə qərar qəbul etdik. Bu gün mən Böyük Britaniyanın "Storm Shadow" raketlərini Ukraynaya ötürdüyünü təsdiq edə bilərəm", - o, İcmalar Palatasında Ukrayna ilə bağlı danışarkən deyib.
Daha əvvəl CNN Qərb rəsmilərinə istinadən xəbər vermişdi ki, Britaniya "Storm Shadow" uzaqmənzilli qanadlı raketləri Ukraynaya təhvil verib, London isə Kiyevdən onların Rusiya Federasiyasındakı hədəflərə qarşı istifadə olunmayacağına dair zəmanət alıb. Rusiya Londondan Kiyevə qanadlı raketlərin tədarükünə son dərəcə mənfi yanaşır və adekvat cavab veriləcəyini açıqlayıb. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, bunun üçün rusiyalı hərbçilər tərəfindən adekvat cavab tədbirləri görüləcək.
Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayır". Kreml bəyan edib ki, Ukraynaya Qərbdən silahların göndərilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir. Rusiya xarici işlər naziri Sergey Lavrov həmçinin bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə birbaşa iştirak edir.