https://sputnik.az/20230510/yuxari-govher-aga-mescidi-esasli-yenidenqurma-ve-berpadan-sonra-acilib-454715430.html
Yuxarı Gövhər Ağa məscidi əsaslı yenidənqurma və bərpadan sonra açılıb
Yuxarı Gövhər Ağa məscidi əsaslı yenidənqurma və bərpadan sonra açılıb
Sputnik Azərbaycan
Məscidin daxilindən götürülən nümunələr təhlil və düzgün konservasiya üsullarını əldə etmək məqsədi ilə Türkiyədəki laboratoriyalarda araşdırılıb. 10.05.2023, Sputnik Azərbaycan
2023-05-10T23:00+0400
2023-05-10T23:00+0400
2023-05-10T23:00+0400
"yuxarı gövhər ağa" məscidi
qarabağ
şuşa
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1b/446783550_0:140:3143:1908_1920x0_80_0_0_5e958689726eb48f884dbbcf63ebd037.jpg
BAKI, 10 may — Sputnik. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər Ağa məscidinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım, həmçinin ensiklopedik alim Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərginin açılışında iştirak ediblər. Əvvəlcə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məsciddə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, Yuxarı Gövhər Ağa məscidində 2021-ci ilin sonlarından aparılan bərpa işləri başa çatıb. Məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Məscidin müəllifi məşhur memar Kərbalayi Səfixan Qarabağidir. Bu, müəllifin ən yaxşı əsərləri sırasına daxildir. Məscidin minarələrinin ornamentləri və otaqların divar rəsmləri Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabaği tərəfindən işlənib. Şuşa şəhəri işğal altında olduğu müddətdə Yuxarı Gövhər Ağa məscidi ermənilər tərəfindən dağıdılmışdı. Şəhər işğaldan azad edildikdən sonra məsciddə başlanılan konservasiya və bərpa işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın "Wehdorn Architekten" şirkətinin nəzarəti ilə ilkin memarlıq üslubuna uyğun aparılıb. Layihə "PAŞA Holding"in maliyyə dəstəyi ilə həyata keçirilib. Məscidin daxilindən götürülən məhlul, suvaq, təbii daş, kərpic, ağac və boya nümunələri təhlil və düzgün konservasiya üsullarını əldə etmək məqsədi ilə Türkiyədəki Fatih Sultan Mehmet Vəqfi Universiteti nəzdindəki Ahmet Refik Ersen Restavrasiya və Konservasiya laboratoriyasında araşdırılıb. Yuxarı Gövhər Ağa məscidinin tarixi Yuxarı Gövhər Ağa məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği tərəfindən inşa edilib. İndiki məscidin yerində hələ Şuşa şəhərinin əsasını qoymuş (1752) Pənahəli xanın dövründə qarğı və qamışdan inşa edilmiş məscid olub. Pənahəli хanın tikdirdiyi bu məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla yenidən inşa edilib. Daha sonra bu məscidin yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuxarı Gövhər Ağa məscidi kimi tanınan həmin bina inşa olunub. 1992-ci ilin mayında Şuşanın mənfur qonşularımız tərəfindən işğalı nəticəsində məscid erməni vandalizminə məruz qalıb və qismən dağıdılıb, minarələrinin dekoru zədələnib və çadırvarı örtükləri sıradan çıxarılıb. Təmir-bərpa işləri adı altında məscidin daxili interyerində ciddi dəyişikliklər edərək tariximizi saxtalaşdırmağa çalışıblar. Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edildi. Qələbəmizdən qısa müddət sonra mədəniyyət paytaxtımızda genişmiqyaslı yenidənqurma və abadlıq işlərinə başlanıldı. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva azad Şuşaya ilk səfərlərində Yuxarı Gövhər Ağa məscidinə də baş çəkdilər. Dövlət başçısı Məkkədən gətirilmiş "Qurani-Kərim"i məscidə bağışlayıb. Bu günədək məsciddə möhkəmləndirmə işləri görülüb. İşğal dövründə məscidə ermənilər tərəfindən edilmiş müdaxilələr aradan qaldırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1b/446783550_207:0:2936:2047_1920x0_80_0_0_73529460dbde60b13141165b022d8183.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"yuxarı gövhər ağa" məscidi, şuşa, prezident ilham əliyev
"yuxarı gövhər ağa" məscidi, şuşa, prezident ilham əliyev
Yuxarı Gövhər Ağa məscidi əsaslı yenidənqurma və bərpadan sonra açılıb
Məscidin daxilindən götürülən nümunələr təhlil və düzgün konservasiya üsullarını əldə etmək məqsədi ilə Türkiyədəki laboratoriyalarda araşdırılıb.
BAKI, 10 may — Sputnik. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər Ağa məscidinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışında iştirak ediblər.
Dövlətimizin başçısı və birinci xanım, həmçinin ensiklopedik alim Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərginin açılışında iştirak ediblər.
Əvvəlcə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məsciddə görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, Yuxarı Gövhər Ağa məscidində 2021-ci ilin sonlarından aparılan bərpa işləri başa çatıb. Məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Məscidin müəllifi məşhur memar Kərbalayi Səfixan Qarabağidir. Bu, müəllifin ən yaxşı əsərləri sırasına daxildir. Məscidin minarələrinin ornamentləri və otaqların divar rəsmləri Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabaği tərəfindən işlənib.
Şuşa şəhəri işğal altında olduğu müddətdə Yuxarı Gövhər Ağa məscidi ermənilər tərəfindən dağıdılmışdı. Şəhər işğaldan azad edildikdən sonra məsciddə başlanılan konservasiya və bərpa işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın "Wehdorn Architekten" şirkətinin nəzarəti ilə ilkin memarlıq üslubuna uyğun aparılıb. Layihə "PAŞA Holding"in maliyyə dəstəyi ilə həyata keçirilib.
Məscidin daxilindən götürülən məhlul, suvaq, təbii daş, kərpic, ağac və boya nümunələri təhlil və düzgün konservasiya üsullarını əldə etmək məqsədi ilə Türkiyədəki Fatih Sultan Mehmet Vəqfi Universiteti nəzdindəki Ahmet Refik Ersen Restavrasiya və Konservasiya laboratoriyasında araşdırılıb.
Yuxarı Gövhər Ağa məscidinin tarixi
Yuxarı Gövhər Ağa məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği tərəfindən inşa edilib. İndiki məscidin yerində hələ Şuşa şəhərinin əsasını qoymuş (1752) Pənahəli xanın dövründə qarğı və qamışdan inşa edilmiş məscid olub. Pənahəli хanın tikdirdiyi bu məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla yenidən inşa edilib.
Daha sonra bu məscidin yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuxarı Gövhər Ağa məscidi kimi tanınan həmin bina inşa olunub.
1992-ci ilin mayında Şuşanın mənfur qonşularımız tərəfindən işğalı nəticəsində məscid erməni vandalizminə məruz qalıb və qismən dağıdılıb, minarələrinin dekoru zədələnib və çadırvarı örtükləri sıradan çıxarılıb. Təmir-bərpa işləri adı altında məscidin daxili interyerində ciddi dəyişikliklər edərək tariximizi saxtalaşdırmağa çalışıblar.
Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edildi. Qələbəmizdən qısa müddət sonra mədəniyyət paytaxtımızda genişmiqyaslı yenidənqurma və abadlıq işlərinə başlanıldı. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva azad Şuşaya ilk səfərlərində Yuxarı Gövhər Ağa məscidinə də baş çəkdilər. Dövlət başçısı Məkkədən gətirilmiş "Qurani-Kərim"i məscidə bağışlayıb.
Bu günədək məsciddə möhkəmləndirmə işləri görülüb. İşğal dövründə məscidə ermənilər tərəfindən edilmiş müdaxilələr aradan qaldırılıb.