https://sputnik.az/20230510/turkiye-muxalifeti-rusiya-ile-elaqeleri-inkisaf-etdirmekde-qerarlidir-454690513.html
Türkiyə müxalifəti Rusiya ilə əlaqələri inkişaf etdirməkdə qərarlıdır
Türkiyə müxalifəti Rusiya ilə əlaqələri inkişaf etdirməkdə qərarlıdır
Sputnik Azərbaycan
Analitikin fikrincə, müxalifət seçkilərdə qalib gəlsə, Rusiya ilə münasibətlərdə kardinal dəyişikliklər gözlənilmir. 10.05.2023, Sputnik Azərbaycan
2023-05-10T15:10+0400
2023-05-10T15:10+0400
2023-05-10T15:10+0400
türkiyə
rusiya
nato
ktmt
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1f/438706873_0:0:3027:1702_1920x0_80_0_0_7937eec8defdc46b28549b2e971bba07.jpg
BAKI, 10 may — Sputnik. Türkiyə müxalifəti Rusiya ilə ticarət və mədəni əlaqələri inkişaf etdirməkdə qərarlıdır, lakin seçkilərdə qalib gəlsə, hərbi-texniki əməkdaşlıq və Rusiya silahlarının alınması məsələlərində mühafizəkar olacaq. Bunu "RİA Novosti"yə türkiyəli analitik Engin Özər bildirib. Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə təyin edilib. Namizədlərdən heç biri 50 faiz səs qazana bilməsə, prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək. Analitikin fikrincə, müxalifət seçkilərdə qalib gəlsə, Rusiya ilə münasibətlərdə kardinal dəyişikliklər gözlənilmir. Eyni zamanda o hesab edir ki, Moskvanın diqqəti Qərbin Rusiyaya qarşı sanksiya siyasəti ilə bağlı müxalifətin planlarına yönəlib. "Əslində bu məsələ ilə bağlı müxalifət lideri Kamal Kılıçdaroğlu bitərəflik statusunun qorunacağını və belə bir siyasətin Prezident Ərdoğanın rasional qərarı olduğunu bildirib. O bildirib ki, müxalifətin sanksiyalarda iştirak etmək arzusu yoxdur", - deyə Özər bildirib. Onun fikrincə, digər mühüm məsələ Türkiyədə son vaxtlar "qaz qovşağı" ideyasıdır. "Bu məsələ ilə bağlı CHP-nin Xarici Əlaqələr üzrə nümayəndəsi və sədrin baş müşaviri Ünal Çeviköz Moskvada keçirilən konfransda açıqlama verib. Çeviköz bildirib ki, Avropada qaz alışına tələbat yaranarsa, Ankara bu layihəni həyata keçirməyə hazırdır. Söhbət qazın alınmasına zəmanət verilməsindən gedir və müxalifət bu təklifin əleyhinə deyil. Enerji məsələsinə gəlincə, müxalifət "Akkuyu" AES-i ilə bağlı hələ ki, mənfi mövqe nümayiş etdirmir. Türkiyə Cümhuriyyətində davamlılıq vacibdir, ona görə də Ərdoğanın dövründə bağlanan müqavilələrin qüvvədə qalacağını gözləmək lazımdır", - deyə o bildirib. Lakin analitikin fikrincə, hərbi-texniki əməkdaşlıq və Rusiyadan silah alınması kökündən "təbiət qanunları"na ziddir. "NATO üzvü olan ölkənin KTMT üzvü olan ölkədən hava hücumundan müdafiə sistemi alması hər iki ölkə üçün təhlükə yaradır. Türkiyə Ərdoğandan əvvəl Rusiyadan silah almayıb və iki ölkə arasında heç vaxt problem olmayıb. S-400, texnologiya transferində qarşılıqlı inamsızlıq var idi və bu məsələ bəzi qərbyönlü müxalifətçilər tərəfindən Türkiyə-Rusiya əlaqələrinin inkişafına qarşı istifadə edilib. Müxalifət Rusiya ilə ticarət və mədəni əlaqələri inkişaf etdirmək əzmindədir", - deyə Özər fikirlərini tamamlayıb. Rusiya və Türkiyə 2017-ci ildə S-400 alışı ilə bağlı 2,5 milyard dollar dəyərində ilk müqavilə imzalayıb. Birinci hissənin təhvili 2019-cu ilin yay-payız aylarında həyata keçirilib. 2022-ci ildə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (FSVTS) direktoru Dmitri Şuqayev RİA Novosti-yə bildirib ki, S-400 hava hücumundan müdafiə sistemlərinin ikinci hissəsinin tədarükü üçün müqavilə imzalanıb və həyata keçirilməyə başlanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1f/438706873_0:0:2731:2048_1920x0_80_0_0_9a5b538fb44119805c584be1f23cdd38.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, nato, ktmt
Türkiyə müxalifəti Rusiya ilə əlaqələri inkişaf etdirməkdə qərarlıdır
Analitikin fikrincə, müxalifət seçkilərdə qalib gəlsə, Rusiya ilə münasibətlərdə kardinal dəyişikliklər gözlənilmir.
BAKI, 10 may — Sputnik. Türkiyə müxalifəti Rusiya ilə ticarət və mədəni əlaqələri inkişaf etdirməkdə qərarlıdır, lakin seçkilərdə qalib gəlsə, hərbi-texniki əməkdaşlıq və Rusiya silahlarının alınması məsələlərində mühafizəkar olacaq.
Bunu "RİA Novosti"yə türkiyəli analitik Engin Özər bildirib.
Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə təyin edilib. Namizədlərdən heç biri 50 faiz səs qazana bilməsə, prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.
Analitikin fikrincə, müxalifət seçkilərdə qalib gəlsə, Rusiya ilə münasibətlərdə kardinal dəyişikliklər gözlənilmir. Eyni zamanda o hesab edir ki, Moskvanın diqqəti Qərbin Rusiyaya qarşı sanksiya siyasəti ilə bağlı müxalifətin planlarına yönəlib.
"Əslində bu məsələ ilə bağlı müxalifət lideri Kamal Kılıçdaroğlu bitərəflik statusunun qorunacağını və belə bir siyasətin Prezident Ərdoğanın rasional qərarı olduğunu bildirib. O bildirib ki, müxalifətin sanksiyalarda iştirak etmək arzusu yoxdur", - deyə Özər bildirib.
Onun fikrincə, digər mühüm məsələ Türkiyədə son vaxtlar "qaz qovşağı" ideyasıdır.
"Bu məsələ ilə bağlı CHP-nin Xarici Əlaqələr üzrə nümayəndəsi və sədrin baş müşaviri Ünal Çeviköz Moskvada keçirilən konfransda açıqlama verib. Çeviköz bildirib ki, Avropada qaz alışına tələbat yaranarsa, Ankara bu layihəni həyata keçirməyə hazırdır. Söhbət qazın alınmasına zəmanət verilməsindən gedir və müxalifət bu təklifin əleyhinə deyil. Enerji məsələsinə gəlincə, müxalifət "Akkuyu" AES-i ilə bağlı hələ ki, mənfi mövqe nümayiş etdirmir. Türkiyə Cümhuriyyətində davamlılıq vacibdir, ona görə də Ərdoğanın dövründə bağlanan müqavilələrin qüvvədə qalacağını gözləmək lazımdır", - deyə o bildirib.
Lakin analitikin fikrincə, hərbi-texniki əməkdaşlıq və Rusiyadan silah alınması kökündən "təbiət qanunları"na ziddir.
"NATO üzvü olan ölkənin KTMT üzvü olan ölkədən hava hücumundan müdafiə sistemi alması hər iki ölkə üçün təhlükə yaradır. Türkiyə Ərdoğandan əvvəl Rusiyadan silah almayıb və iki ölkə arasında heç vaxt problem olmayıb. S-400, texnologiya transferində qarşılıqlı inamsızlıq var idi və bu məsələ bəzi qərbyönlü müxalifətçilər tərəfindən Türkiyə-Rusiya əlaqələrinin inkişafına qarşı istifadə edilib. Müxalifət Rusiya ilə ticarət və mədəni əlaqələri inkişaf etdirmək əzmindədir", - deyə Özər fikirlərini tamamlayıb.
Rusiya və Türkiyə 2017-ci ildə S-400 alışı ilə bağlı 2,5 milyard dollar dəyərində ilk müqavilə imzalayıb. Birinci hissənin təhvili 2019-cu ilin yay-payız aylarında həyata keçirilib. 2022-ci ildə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (FSVTS) direktoru Dmitri Şuqayev RİA Novosti-yə bildirib ki, S-400 hava hücumundan müdafiə sistemlərinin ikinci hissəsinin tədarükü üçün müqavilə imzalanıb və həyata keçirilməyə başlanıb.