https://sputnik.az/20230510/rusiya-inflyasiyanin-azaldilmasi-baximindan-dunya-liderleri-arasindadir-454701475.html
Rusiya inflyasiyanın azaldılması baxımından dünya liderləri arasındadır
Rusiya inflyasiyanın azaldılması baxımından dünya liderləri arasındadır
Sputnik Azərbaycan
Martda illik 3,5% inflyasiya ilə Rusiya dünyanın bütün ölkələri arasında qiymət artımına görə 102-ci yerdə qərarlaşıb. 10.05.2023, Sputnik Azərbaycan
2023-05-10T23:15+0400
2023-05-10T23:15+0400
2023-05-11T19:42+0400
rusiya
inflyasiya
türkiyə
bmt
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852580_0:214:2880:1834_1920x0_80_0_0_06818d76898495264923deffbfaf1d84.jpg
BAKI, 10 may — Sputnik. Mart ayında Rusiya Federasiyası inflyasiyanın ən əhəmiyyətli ləngiməsinin qeydə alındığı ölkələrdən biri olub. Bunu "RİA Novosti" BMT-yə üzv 193 ölkənin statistik xidmətlərinin məlumatlarına əsaslanan öz araşdırmasının nəticələrinə istinadən xəbər verir. Agentliyin məlumatına görə, yazın əvvəlində Rusiya Federasiyasında inflyasiya 7,5 faiz bəndi azalıb. İnflyasiyanın daha əhəmiyyətli yavaşlaması yalnız Cənubi Sudan (12,1 faiz bəndi) və Qanada (7,8 faiz bəndi) qeydə alınıb. "Martda illik 3,5% inflyasiya ilə Rusiya dünyanın bütün ölkələri arasında qiymət artımına görə 102-ci yerdə qərarlaşıb", - hesabatda belə deyilir. Belarus (5,7 faiz bəndi) və Türkiyə və Zimbabve (4,7 faiz bəndi) də inflyasiyanın əhəmiyyətli dərəcədə aşağı olduğu ölkələr sırasında yer alıb. Şərqi Timor, Keniya, Monqolustan və Namibiyada qiymət artımları dəyişməz qalıb. İnflyasiya templərinin artımı 34 dövlətdə qeydə alınıb. Bu, Livanda (74,2 faiz bəndi) daha çox olub. Bəhreyndə qeydə alınan deflyasiya (əmtəə və xidmətlərin qiymətlərinin ümumi səviyyəsində azalma – red.) barədə də məlumat verilir ki, bu da 0,1% təşkil edib. Əvvəllər Rusiya Federasiyası Mərkəzi Bankının ölkədə 2023-cü il üçün inflyasiya proqnozunu aşağı saldığı məlum olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852580_75:0:2806:2048_1920x0_80_0_0_f25589ef622275417e522f5e46e07379.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
inflyasiya, türkiyə, bmt
Rusiya inflyasiyanın azaldılması baxımından dünya liderləri arasındadır
23:15 10.05.2023 (Yenilənib: 19:42 11.05.2023) Martda illik 3,5% inflyasiya ilə Rusiya dünyanın bütün ölkələri arasında qiymət artımına görə 102-ci yerdə qərarlaşıb.
BAKI, 10 may — Sputnik. Mart ayında Rusiya Federasiyası inflyasiyanın ən əhəmiyyətli ləngiməsinin qeydə alındığı ölkələrdən biri olub.
Bunu "RİA Novosti" BMT-yə üzv 193 ölkənin statistik xidmətlərinin məlumatlarına əsaslanan öz araşdırmasının nəticələrinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, yazın əvvəlində Rusiya Federasiyasında inflyasiya 7,5 faiz bəndi azalıb. İnflyasiyanın daha əhəmiyyətli yavaşlaması yalnız Cənubi Sudan (12,1 faiz bəndi) və Qanada (7,8 faiz bəndi) qeydə alınıb.
"Martda illik 3,5% inflyasiya ilə Rusiya dünyanın bütün ölkələri arasında qiymət artımına görə 102-ci yerdə qərarlaşıb", - hesabatda belə deyilir.
Belarus (5,7 faiz bəndi) və Türkiyə və Zimbabve (4,7 faiz bəndi) də inflyasiyanın əhəmiyyətli dərəcədə aşağı olduğu ölkələr sırasında yer alıb.
Şərqi Timor, Keniya, Monqolustan və Namibiyada qiymət artımları dəyişməz qalıb.
İnflyasiya templərinin artımı 34 dövlətdə qeydə alınıb. Bu, Livanda (74,2 faiz bəndi) daha çox olub.
Bəhreyndə qeydə alınan deflyasiya (əmtəə və xidmətlərin qiymətlərinin ümumi səviyyəsində azalma – red.) barədə də məlumat verilir ki, bu da 0,1% təşkil edib.
Əvvəllər Rusiya Federasiyası Mərkəzi Bankının ölkədə 2023-cü il üçün inflyasiya proqnozunu aşağı saldığı məlum olub.