https://sputnik.az/20230510/putinden-rusiya-ile-gurcustan-arasindaki-buzlari-eridecek-addim-454704517.html
Putindən Rusiya ilə Gürcüstan arasındakı buzları əridəcək addım
Putindən Rusiya ilə Gürcüstan arasındakı buzları əridəcək addım
Sputnik Azərbaycan
Prezident Vladimir Putinin imzaladığı Fərmana əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur. 10.05.2023, Sputnik Azərbaycan
2023-05-10T15:53+0400
2023-05-10T15:53+0400
2023-05-10T15:53+0400
rusiya
gürcüstan
putin
rusiya prezidenti vladimir putin
viza rejimi
https://cdnn1.img.sputnik.az/img/41290/61/412906161_0:0:3159:1777_1920x0_80_0_0_a1250439423fdf1f3b53451e5d0bb0f3.jpg
BAKI, 10 may — Sputnik. Rusiya Gürcüstanla viza rejimini ləğv edib. Bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb. Fərmana əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur. Eyni zamanda, Rusiya aviaşirkətlərinə Gürcüstana uçuş qadağası da ləğv olunub.Hələ ötən ilin dekabrında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin demişdi ki, şərait yaranarsa, Rusiya Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvini istisna etmir."Gürcüstan vətəndaşlarının Rusiyaya səfərləri üçün viza rejiminin ləğvi perspektivlərinə gəlincə, biz bunu istisna etmirik", - rusiyalı diplomat qeyd edib.Diplomat vurğulayıb ki, dayanıqlı əlaqələrin mövcudluğu əsl dostluq, mehriban qonşuluq, ortaq tarix, mədəniyyət, mənəvi dəyərlər, milyonlarla insan taleləri ilə birləşən Rusiya və Gürcüstan xalqlarının maraqlarına cavab verir.“Yüz minlərlə etnik gürcü ölkəmizdə yaşayır və öz potensialını uğurla həyata keçirir və son vaxtlar Gürcüstanda Rusiya vətəndaşlarının sayı artır”, - deyə o əlavə edib.Rusiya Federasiyası xarici işlər nazirinin müavini qeyd edib ki, 2012-ci ildə Moskva tərəddüd etmədən Tbilisinin ikitərəfli əlaqələrin normallaşması üçün təklif etdiyi kursu dəstəkləyib:"İndi isə çətin xarici vəziyyətə və diplomatik əlaqələrin olmamasına baxmayaraq, Rusiya-Gürcüstan əməkdaşlığı inkişaf edir. Bu ilin 11 ayı ərzində ticarət dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə artaraq 2,2 milyard dolları ötüb. Bununla yanaşı turizm və pul köçürmələri sahələrində ticarət göstəriciləri artır”.Qaluzin 2008-ci ildə Tbilisinin təşəbbüsü ilə diplomatik münasibətlərin kəsildiyini xatırladıb və təəssüflə bildirib ki, Gürcüstan onların bərpası imkanlarını regiondakı yeni reallıqlarla ziddiyyət təşkil edən siyasi tələblərlə əhatə etməkdə davam edir. "Beləliklə, top hələ də Gürcüstan tərəfindədir”, - deyə rusiyalı diplomat fikrini yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41290/61/412906161_293:0:3024:2048_1920x0_80_0_0_ddc72e0fcf7fb885fde5d8bda79404a0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gürcüstan, putin, rusiya prezidenti vladimir putin, viza rejimi
gürcüstan, putin, rusiya prezidenti vladimir putin, viza rejimi
Putindən Rusiya ilə Gürcüstan arasındakı buzları əridəcək addım
Prezident Vladimir Putinin imzaladığı Fərmana əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur.
BAKI, 10 may — Sputnik. Rusiya Gürcüstanla viza rejimini ləğv edib.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Fərmana əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur.
Eyni zamanda, Rusiya aviaşirkətlərinə Gürcüstana uçuş qadağası da ləğv olunub.
Hələ ötən ilin dekabrında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin demişdi ki, şərait yaranarsa, Rusiya Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvini istisna etmir.
"Gürcüstan vətəndaşlarının Rusiyaya səfərləri üçün viza rejiminin ləğvi perspektivlərinə gəlincə, biz bunu istisna etmirik", - rusiyalı diplomat qeyd edib.
Diplomat vurğulayıb ki, dayanıqlı əlaqələrin mövcudluğu əsl dostluq, mehriban qonşuluq, ortaq tarix, mədəniyyət, mənəvi dəyərlər, milyonlarla insan taleləri ilə birləşən Rusiya və Gürcüstan xalqlarının maraqlarına cavab verir.
“Yüz minlərlə etnik gürcü ölkəmizdə yaşayır və öz potensialını uğurla həyata keçirir və son vaxtlar Gürcüstanda Rusiya vətəndaşlarının sayı artır”, - deyə o əlavə edib.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini qeyd edib ki, 2012-ci ildə Moskva tərəddüd etmədən Tbilisinin ikitərəfli əlaqələrin normallaşması üçün təklif etdiyi kursu dəstəkləyib:
"İndi isə çətin xarici vəziyyətə və diplomatik əlaqələrin olmamasına baxmayaraq, Rusiya-Gürcüstan əməkdaşlığı inkişaf edir. Bu ilin 11 ayı ərzində ticarət dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə artaraq 2,2 milyard dolları ötüb. Bununla yanaşı turizm və pul köçürmələri sahələrində ticarət göstəriciləri artır”.
Qaluzin 2008-ci ildə Tbilisinin təşəbbüsü ilə diplomatik münasibətlərin kəsildiyini xatırladıb və təəssüflə bildirib ki, Gürcüstan onların bərpası imkanlarını regiondakı yeni reallıqlarla ziddiyyət təşkil edən siyasi tələblərlə əhatə etməkdə davam edir.
"Beləliklə, top hələ də Gürcüstan tərəfindədir”, - deyə rusiyalı diplomat fikrini yekunlaşdırıb.