https://sputnik.az/20230510/lavrov-abs-terrorcularin-istiraki-ile-azad-suriya-ordusu-yaradir-454708334.html
Lavrov: ABŞ terrorçuların iştirakı ilə "Azad Suriya Ordusu" yaradır
Lavrov: ABŞ terrorçuların iştirakı ilə "Azad Suriya Ordusu" yaradır
Sputnik Azərbaycan
Rusiya XİN rəhbəri deyib ki, amerikalılar yeni silahlı birləşməyə bir sıra digər terror təşkilatlarının nümayəndələrini də daxil etmək niyyətindədirlər. 10.05.2023, Sputnik Azərbaycan
2023-05-10T22:00+0400
2023-05-10T22:00+0400
2023-05-10T22:00+0400
sergey lavrov
rusiya
suriya
mariya zaxarova
işid
işid terror təşkilatı
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452230729_0:0:3072:1728_1920x0_80_0_0_9ae5c6f51b3d2fd509d87a3531baea5e.jpg
BAKI, 10 may — Sputnik. ABŞ Rakka şəhərinin ətrafında İŞİD* terrorçularının iştirak edəcəyi "Azad Suriya Ordusu"nun yaradılmasına başlayıb. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya, İran və Türkiyədən olan həmkarları ilə görüşündə deyib. "Məqsəd aydındır - ölkədə sabitliyi pozmaq üçün bu döyüşçülərdən Suriyanın qanuni hakimiyyətinə qarşı istifadə etməkdir", - deyə Lavrov deyib. Rusiya Xarici İşlər naziri onu da vurğulayıb ki, amerikalılar yeni silahlı birləşməyə bir sıra digər terror təşkilatlarının nümayəndələrini də daxil etmək niyyətindədirlər. Onlar onu Rakka şəhərinin ətrafında yaratmağa başlayıblar. Lakin o xatırladıb ki, müdafiə nazirləri artıq "bu istiqamətdə birgə fəaliyyət sxemi haqqında" razılığa gəliblər. Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Ərəb Dövlətləri Liqasının Suriyanın təşkilata qaytarılması qərarını dəstəkləyir. Diplomat bu addımın Yaxın Şərqdə gərginliyin azaldılmasına və Suriya böhranının nəticələrinin aradan qaldırılmasına kömək edəcəyinə inandığını ifadə edib. * Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452230729_171:0:2902:2048_1920x0_80_0_0_e43c667a2e872d1c8bd46cbf1912b6df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey lavrov, suriya, mariya zaxarova, işid, işid terror təşkilatı
sergey lavrov, suriya, mariya zaxarova, işid, işid terror təşkilatı
Lavrov: ABŞ terrorçuların iştirakı ilə "Azad Suriya Ordusu" yaradır
Rusiya XİN rəhbəri deyib ki, amerikalılar yeni silahlı birləşməyə bir sıra digər terror təşkilatlarının nümayəndələrini də daxil etmək niyyətindədirlər.
BAKI, 10 may — Sputnik. ABŞ Rakka şəhərinin ətrafında İŞİD* terrorçularının iştirak edəcəyi "Azad Suriya Ordusu"nun yaradılmasına başlayıb.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya, İran və Türkiyədən olan həmkarları ilə görüşündə deyib.
"Məqsəd aydındır - ölkədə sabitliyi pozmaq üçün bu döyüşçülərdən Suriyanın qanuni hakimiyyətinə qarşı istifadə etməkdir", - deyə Lavrov deyib.
Rusiya Xarici İşlər naziri onu da vurğulayıb ki, amerikalılar yeni silahlı birləşməyə bir sıra digər terror təşkilatlarının nümayəndələrini də daxil etmək niyyətindədirlər. Onlar onu Rakka şəhərinin ətrafında yaratmağa başlayıblar. Lakin o xatırladıb ki, müdafiə nazirləri artıq "bu istiqamətdə birgə fəaliyyət sxemi haqqında" razılığa gəliblər.
Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Ərəb Dövlətləri Liqasının Suriyanın təşkilata qaytarılması qərarını dəstəkləyir. Diplomat bu addımın Yaxın Şərqdə gərginliyin azaldılmasına və Suriya böhranının nəticələrinin aradan qaldırılmasına kömək edəcəyinə inandığını ifadə edib.
* Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatı