https://sputnik.az/20230510/baki-ile-revan-arasinda-esas-meselelerle-bagli-fikir-ayriliqlari-qalir---zaxarova-454719318.html
Bakı ilə İrəvan arasında əsas məsələlərlə bağlı fikir ayrılıqları qalır - Zaxarova
Bakı ilə İrəvan arasında əsas məsələlərlə bağlı fikir ayrılıqları qalır - Zaxarova
Sputnik Azərbaycan
Rusiya XİN nümayəndəsinin sözlərinə görə, Blinken danışıqlarda əhəmiyyətli dərəcədə irəliləyişin əldə olunduğunu desə də, rəsmi Bakı və rəsmi İrəvan əsas... 10.05.2023, Sputnik Azərbaycan
2023-05-10T19:10+0400
2023-05-10T19:10+0400
2023-05-10T19:17+0400
rusiya
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
entoni blinken
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442992814_0:0:3029:1705_1920x0_80_0_0_f9b9e27ff8866066a92af9d87c530385.jpg
BAKI, 19 may - Sputnik. ABŞ Dövlət katibi Blinkenin Vaşinqtondakı danışıqlarda əhəmiyyətli dərəcədə irəliləyiş əldə edilməsi ilə bağlı bəyanatları Azərbaycan və Ermənistan tərəfinin şərhləri ilə ziddiyyət təşkil edir.Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.Onun sözlərinə görə, Blinken danışıqlarda əhəmiyyətli dərəcədə irəliləyişin əldə olunduğunu desə də, rəsmi Bakı və rəsmi İrəvan əsas məsələlərlə bağlı fikir ayrılıqlarının qaldığını qeyd ediblər.Zaxarova əlavə edib ki, Moskva Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı gördüyü işi davam etdirəcək, artıq iki ölkənin XİN başçılarının danışıqları üçün məkan təklif olunub: “Rusiyanın məqsədi regionda sülhü təmin etməkdir və bunun üçün yeganə yol üçtərəfli razılaşmaların icra olunmasıdır”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.Qeyd edək ki, 1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442992814_63:0:2794:2048_1920x0_80_0_0_8c152258515a5d03389345509452274e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, entoni blinken, ermənistan
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, entoni blinken, ermənistan
Bakı ilə İrəvan arasında əsas məsələlərlə bağlı fikir ayrılıqları qalır - Zaxarova
19:10 10.05.2023 (Yenilənib: 19:17 10.05.2023) Rusiya XİN nümayəndəsinin sözlərinə görə, Blinken danışıqlarda əhəmiyyətli dərəcədə irəliləyişin əldə olunduğunu desə də, rəsmi Bakı və rəsmi İrəvan əsas məsələlərlə bağlı fikir ayrılıqlarının qaldığını qeyd ediblər.
BAKI, 19 may - Sputnik. ABŞ Dövlət katibi Blinkenin Vaşinqtondakı danışıqlarda əhəmiyyətli dərəcədə irəliləyiş əldə edilməsi ilə bağlı bəyanatları Azərbaycan və Ermənistan tərəfinin şərhləri ilə ziddiyyət təşkil edir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Blinken danışıqlarda əhəmiyyətli dərəcədə irəliləyişin əldə olunduğunu desə də, rəsmi Bakı və rəsmi İrəvan əsas məsələlərlə bağlı fikir ayrılıqlarının qaldığını qeyd ediblər.
Zaxarova əlavə edib ki, Moskva Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı gördüyü işi davam etdirəcək, artıq iki ölkənin XİN başçılarının danışıqları üçün məkan təklif olunub: “Rusiyanın məqsədi regionda sülhü təmin etməkdir və bunun üçün yeganə yol üçtərəfli razılaşmaların icra olunmasıdır”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Qeyd edək ki, 1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.