https://sputnik.az/20230510/ankara-mir-odenis-kartlarina-qadaga-qerarini-xarici-tezyiqler-altinda-verib---sefir-454704250.html
Ankara "Mir" ödəniş kartlarına qadağa qərarını xarici təzyiqlər altında verib - Səfir
Ankara "Mir" ödəniş kartlarına qadağa qərarını xarici təzyiqlər altında verib - Səfir
Sputnik Azərbaycan
Diplomat deyib ki, bu məsələnin həllində tərəflərin qarşılıqlı marağı nəzərə alınmaqla, Rusiya ödəniş kartlarının istifadəsi ətrafında yaranmış vəziyyəti... 10.05.2023, Sputnik Azərbaycan
2023-05-10T21:14+0400
2023-05-10T21:14+0400
2023-05-10T21:14+0400
kart
rusiya
"mir"
"mir" ödəniş sistemi
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446848149_0:70:1280:790_1920x0_80_0_0_9e2765b05e7242dbf64092f7c8d3ac69.jpg
BAKI, 10 may — Sputnik. Türkiyə biznes nümayəndələri Rusiyanın "Mir" ödəniş kartlarının ölkədə istifadəsinə qoyulan qadağanın aradan qaldırılmasında maraqlıdırlar. Bunu Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov bildirib. Yerxov "Rossiya 24" telekanalının efirində deyib: "Əvvəla, Türkiyə iqtisadiyyatının özü bunda maraqlıdır, o, tekstil, dəri və xəzdən hazırlanan məhsulları satmaq istəyir". Diplomat əlavə edib ki, bu məsələnin həllində tərəflərin qarşılıqlı marağı nəzərə alınmaqla, Rusiya ödəniş kartlarının istifadəsi ətrafında yaranmış vəziyyəti müəyyən müddət ərzində həll etmək olar. "Düşünürəm ki, gec-tez bu problem həllini mütləq tapacaq, çünki qarşılıqlı maraq olarsa, o zaman turizm sənayesi və maliyyə sənayesi buna mütləq cavab verəcək", - o əlavə edib. Yerxov vurğulayıb ki, Rusiyanın "Mir" ödəniş kartlarının Türkiyədə istifadəsinə qadağa qoyulması ilə bağlı qərarın özü də Ankara tərəfindən xarici təzyiqlər altında verilib. "Bu qərar, yumşaq desək, onun müstəqil qərarı deyildi. Bu, kənardan müəyyən təzyiqlər altında qəbul edilib və biz haradan edildiyini başa düşürük", - diplomat əlavə edib. 2023-cü il aprelin sonunda Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirib ki, Moskva xarici ölkələrlə, o cümlədən Türkiyə ilə "Mir" kartlarına alternativ olaraq Rusiya ilə alış-veriş üçün ödəniş sistemi qurur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446848149_67:0:1214:860_1920x0_80_0_0_6ac3b724bdb24d524b1e508d6b5f2998.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kart, "mir", "mir" ödəniş sistemi
kart, "mir", "mir" ödəniş sistemi
Ankara "Mir" ödəniş kartlarına qadağa qərarını xarici təzyiqlər altında verib - Səfir
Diplomat deyib ki, bu məsələnin həllində tərəflərin qarşılıqlı marağı nəzərə alınmaqla, Rusiya ödəniş kartlarının istifadəsi ətrafında yaranmış vəziyyəti müəyyən müddət ərzində həll etmək olar.
BAKI, 10 may — Sputnik. Türkiyə biznes nümayəndələri Rusiyanın "Mir" ödəniş kartlarının ölkədə istifadəsinə qoyulan qadağanın aradan qaldırılmasında maraqlıdırlar. Bunu Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov bildirib.
Yerxov "Rossiya 24" telekanalının efirində deyib: "Əvvəla, Türkiyə iqtisadiyyatının özü bunda maraqlıdır, o, tekstil, dəri və xəzdən hazırlanan məhsulları satmaq istəyir".
Diplomat əlavə edib ki, bu məsələnin həllində tərəflərin qarşılıqlı marağı nəzərə alınmaqla, Rusiya ödəniş kartlarının istifadəsi ətrafında yaranmış vəziyyəti müəyyən müddət ərzində həll etmək olar.
"Düşünürəm ki, gec-tez bu problem həllini mütləq tapacaq, çünki qarşılıqlı maraq olarsa, o zaman turizm sənayesi və maliyyə sənayesi buna mütləq cavab verəcək", - o əlavə edib.
Yerxov vurğulayıb ki, Rusiyanın "Mir" ödəniş kartlarının Türkiyədə istifadəsinə qadağa qoyulması ilə bağlı qərarın özü də Ankara tərəfindən xarici təzyiqlər altında verilib. "Bu qərar, yumşaq desək, onun müstəqil qərarı deyildi. Bu, kənardan müəyyən təzyiqlər altında qəbul edilib və biz haradan edildiyini başa düşürük", - diplomat əlavə edib.
2023-cü il aprelin sonunda Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirib ki, Moskva xarici ölkələrlə, o cümlədən Türkiyə ilə "Mir" kartlarına alternativ olaraq Rusiya ilə alış-veriş üçün ödəniş sistemi qurur.