https://sputnik.az/20230509/stanbulda-kecirilecek-gorusde-taxil-muqavilesinin-uzadilmasi-muzakire-olunacaq---mn-454677099.html
İstanbulda keçiriləcək görüşdə taxıl müqaviləsinin uzadılması müzakirə olunacaq - MN
İstanbulda keçiriləcək görüşdə taxıl müqaviləsinin uzadılması müzakirə olunacaq - MN
Sputnik Azərbaycan
Ötən ilin iyulunda Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan saziş Qara Dəniz Taxıl Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan... 09.05.2023, Sputnik Azərbaycan
2023-05-09T21:56+0400
2023-05-09T21:56+0400
2023-05-09T21:56+0400
rusiya
taxıl
saziş
istanbul
türkiyə
rusiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448157255_0:160:3072:1888_1920x0_80_0_0_cf94792bc917f4b2d739d307e70e2307.jpg
BAKI, 9 may - Sputnik. Mayın 10-11-də İstanbulda keçirilməsi planlaşdırılan “taxıl sazişi” üzrə sammitin iştirakçıları sazişin müddətinin uzadılmasını və türk gəmilərinin təxliyyəsini müzakirə edəcəklər. Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.Məlumatda qeyd olunur ki, görüş çərçivəsində iştirakçılar arasında həm dördtərəfli, həm də ikitərəfli danışıqlar aparılacaq. 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan saziş Qara Dəniz Taxıl Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir.Rusiya prezidenti Vladimir Putin sentyabrda qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikanın ehtiyacı olan ölkələrinə deyil, öz dövlətlərinə ixrac edir.Cari il martın 18-dən Rusiya müqavilənin müddətini 60 gün - mayın 18-dək uzadıb, Ukrayna israr edir ki, müqavilə daha 120 gün uzadılsın.Qara Dəniz Taxıl Təşəbbüsü paket sazişinin tərkib hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracının qarşısının alınmasını, Rosselxozbank-ın SWIFT-ə yenidən qoşulmasını, kənd təsərrüfatı texnikası, ehtiyat hissələri və xidmətlərin tədarükünün, Togliatti-Odessa ammonyak boru kəməri və bir sıra digər tədbirlərin bərpasını nəzərdə tutur.Rəsmi Moskva qeyd edib ki, paket sazişinin bu hissəsi hələ də həyata keçirilməyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448157255_171:0:2902:2048_1920x0_80_0_0_77faf92601a562084884396f83f633fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taxıl, saziş, istanbul, türkiyə, rusiya, ukrayna
taxıl, saziş, istanbul, türkiyə, rusiya, ukrayna
İstanbulda keçiriləcək görüşdə taxıl müqaviləsinin uzadılması müzakirə olunacaq - MN
Ötən ilin iyulunda Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan saziş Qara Dəniz Taxıl Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
BAKI, 9 may - Sputnik. Mayın 10-11-də İstanbulda keçirilməsi planlaşdırılan “taxıl sazişi” üzrə sammitin iştirakçıları sazişin müddətinin uzadılmasını və türk gəmilərinin təxliyyəsini müzakirə edəcəklər. Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Mayın 10-11-nə planlaşdırılan görüşdə “taxıl müqaviləsi”nin müddətinin uzadılması müzakirə olunacaq və Ukrayna limanlarında ilişib qalan türk gəmilərinin və ekipaj üzvlərinin təhlükəsiz təxliyyəsi planı ətraflı şəkildə işlənəcək”, - deyə Türkiyə Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Məlumatda qeyd olunur ki, görüş çərçivəsində iştirakçılar arasında həm dördtərəfli, həm də ikitərəfli danışıqlar aparılacaq. 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan saziş Qara Dəniz Taxıl Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir.
Rusiya prezidenti Vladimir Putin sentyabrda qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikanın ehtiyacı olan ölkələrinə deyil, öz dövlətlərinə ixrac edir.
Cari il martın 18-dən Rusiya müqavilənin müddətini 60 gün - mayın 18-dək uzadıb, Ukrayna israr edir ki, müqavilə daha 120 gün uzadılsın.
Qara Dəniz Taxıl Təşəbbüsü paket sazişinin tərkib hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracının qarşısının alınmasını, Rosselxozbank-ın SWIFT-ə yenidən qoşulmasını, kənd təsərrüfatı texnikası, ehtiyat hissələri və xidmətlərin tədarükünün, Togliatti-Odessa ammonyak boru kəməri və bir sıra digər tədbirlərin bərpasını nəzərdə tutur.
Rəsmi Moskva qeyd edib ki, paket sazişinin bu hissəsi hələ də həyata keçirilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.