Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Azərbaycan dostluq və tərəfdaşlıq əlaqələrini gücləndirəcək - Matviyenko

© Sputnik / Пресс-служба Совета Федерации РФ / Mediabanka keçidRusiya Federasiya Şurasının sədri Valentina Matviyenko
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko - Sputnik Azərbaycan, 1920, 09.05.2023
Abunə olmaq
Rusiya Federasiya Şurasının sədri Azərbaycan Milli Məclisinin sədrinə təbrik teleqramı göndərib.
BAKI, 9 may - Sputnik. Rusiya və Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirəcək. Bu barədə Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenko 9 may - Qələbə günü ilə əlaqədar Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya təbrik teleqramında yazıb.

“Əminəm ki, xalqları Böyük Vətən Müharibəsinin ağır sınaqlarından keçmiş Rusiya ilə Azərbaycan arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrini bundan sonra da möhkəmləndirəcəyik”, - deyə teleqramda bildirilir.

Matviyenko əlavə edib ki, ümumi tarixi yaddaş gənclərin tərbiyəsi üçün “möhkəm təməl”, “keçmişimizi saxtalaşdırmaq və həlak olmuş qəhrəmanların adlarını ləkələmək üçün keçilməz maneədir”.
“Biz bu qələbənin nəyin bahasına əldə edildiyini bilirik və azərbaycanlıların hərbi və əmək şücaətlərini müqəddəs şəkildə şərəfləndiririk. Bu gün bizim borcumuz azadlıq və müstəqillik uğrunda qəhrəmancasına mübarizə aparan sovet xalqının şücaəti və fədakarlığı haqqında həqiqəti qorumaqdır”, - Rusiya Federasiyası Federasiya Şurasının sədri vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0