Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qarabağdakı Rusiya sülhməramlıları 9 may - Qələbə gününü qeyd ediblər

© AFP 2023 / DELIL SOULEIMANRusiya sülhməramlıları, arxiv şəkli
Rusiya sülhməramlıları, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 09.05.2023
Abunə olmaq
Sülhməramlılar Xiyabanında ucaldılmış abidənin önünə əklillər və gül dəstələri qoyulub, Qələbə Bayrağının surəti olan banner yerləşdirilib.
BAKI, 9 may - Sputnik. 9 may - Böyük Vətən müharibəsində Qələbə günü Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin hərbçiləri tərəfindən qeyd olunub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi Teleqram kanalında məlumat yayıb.
Belə ki, Qarabağdakı Rusiya sülhməramlıları Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak ediblər.

"Rusiya sülhməramlı kontingentinin komandanlığı hərbçiləri Qələbə günü münasibətilə təbrik edib, xüsusi fərqlənən sülhməramlılara şöbə mükafatları və xatirə hədiyyələri təqdim edilib", - deyə məlumatda bildirilir.

️O da qeyd olunur ki, Sülhməramlılar Xiyabanında ucaldılmış abidənin önünə əklillər və gül dəstələri qoyulub.
Bayramın kulminasiya nöqtəsi Qələbə Bayrağının surəti olan bannerin yerləşdirilməsi olub.
Xatırladaq ki, aprelin 25-dən Quru Qoşunlarının baş komandanının müavini, general-polkovnik Aleksandr Lentsov Qarabağdakı Rusiya sülhməramlılarının komandanı təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0