Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

9 Maya qədər dünyanın 40 ölkəsində Qələbə Günü şərəfinə aksiyalar keçirilib - Zaxarova

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 09.05.2023
Abunə olmaq
Diplomat bildirib ki, bütün dünyada on minlərlə insan bu tədbirlərdə iştirak edərək, faşizmə qarşı həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad edib.
BAKI, 9 may - Sputnik. Artıq 9 maya qədər dünyanın beş qitəsinin 40 ölkəsinin sakinləri Qələbə Günü şərəfinə keçirilən müxtəlif aksiyalarda iştirak ediblər. Bunu çərşənbə axşamı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Birinci Kanalın efirində deyib.

“Mayın 9-na kimi artıq 40 ölkədə “Ölməz alayın” aksiyaları keçirilirdi, abidələrimizlə bağlı bütün tədbirlər, iməciliklər, təntənəli yığıncaqlar keçirilirdi. Beş qitədə 40 ölkə, baxmayaraq ki, bu gün əsas hissəsi başlayır", - deyə diplomat qeyd edib.

Onun sözlərinə görə, bütün dünyada on minlərlə insan bu tədbirlərdə iştirak edərək, faşizmə qarşı həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad edib.
"Səfirliklərimiz, diplomatlarımız bu işdə onlara fəal köməklik göstərirlər”, deyə Zaxarova əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, təzyiq göstərmək və tarixi təhrif etmək cəhdləri əks effekt verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0