Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Əliyevi Böyük Vətən Müharibəsində Qələbə Günü münasibətilə təbrik edib

© Mikhail Metzel/POOL / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.05.2023
Abunə olmaq
Rusiya prezidenti 9 may münasibətilə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan liderlərini təbrik edib.
BAKI, 8 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümü münasibətilə azərbaycanlı həmkarı İlham Əliyevə təbrik ünvanlayıb.
Bu barədə Kremlin mətbuat xidməti xəbər verir.
Qeyd edək ki, Rusiya prezidenti 9 may münasibətilə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan liderlərini, eləcə də Gürcüstan və Moldova xalqlarını təbrik edib.
"Bu gün bizim mənəvi borcumuz atalarımızın və babalarımızın vəsiyyət etdiyi dostluq və qarşılıqlı yardım ənənələrini müqəddəs şəkildə qoruyub saxlamaq, Böyük Vətən Müharibəsi ilə bağlı tarixi həqiqətlərin təhrif olunmasına, habelə nasistlərin, onların tərəfdaşlarının və indiki ideoloji varislərinin əsaslandırılmasına imkan verməməkdir", - mesajlarda deyilir.
Rusiya prezidenti vurğulayıb ki, Qələbənin mənəvi irsi bundan sonra da postsovet məkanı ölkələri və xalqları arasında münasibətlərin möhkəmlənməsinə və səmərəli inkişafına töhfə verəcək.
Putin bütün Böyük Vətən Müharibəsi veteranlarına və arxa cəbhədə olanlara səmimi qəlbdən təşəkkür sözlərini çatdırıb, onlara cansağlığı, xoş əhval-ruhiyyə, firavanlıq və uzun ömür arzulayıb.
Xəbər lenti
0