Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalılar bu müharibədə məğlub ola bilməzlər - Robert Kennedi

© Sputnik / Valery Melnikov / Mediabanka keçidUkrayna
Ukrayna - Sputnik Azərbaycan, 1920, 07.05.2023
Abunə olmaq
Robert Kennedi deyib ki, ABŞ-ın Ukraynadakı münaqişə zamanı məhv edilmiş artilleriya silahlarının ehtiyatlarını əvəz etmək imkanı yoxdur.
BAKI, 7 may - Sputnik. ABŞ prezidentliyinə namizəd olan ABŞ-ın 35-ci Prezidenti Con Kennedinin qardaşı oğlu, vəkil Robert Kennedinin fikrincə, ABŞ-ın Ukraynadakı münaqişə zamanı məhv edilmiş artilleriya silahlarının ehtiyatlarını əvəz etmək imkanı yoxdur.
Bu barədə RİA Novosti məlumat yayıb.
"Rusiyalılar bu müharibədə məğlub ola bilməzlər, bu, onlar üçün həyati əhəmiyyət kəsb edir və onlar öz güclərini artırırlar. Onlar artilleriya baxımdan bizdən üstündürlər və biz artilleriya silahlarımızı əvəz edə bilmərik, biz də burda məğlub olduq", - deyə kiçik Kennedi "YouTube" kanallarının birində deyib.
Onun fikrincə, ABŞ hökumətinin bütün hərəkətləri əvvəldən münaqişənin uzanmasına yönəlib.
Aprelin əvvəlində Robert Kennedi prezident seçkilərində iştirakını rəsmən elan edib. Kiçik Kennedi öz missiyasını "dövlət aparatının korrupsiyalaşmış birliklərə və korporasiyaların gücünə" son qoymaqda görür. O, hazırkı dövlət başçısı Co Baydenin də namizədliyini irəli sürdüyü Demokratlar Partiyadan prezidentliyə namizədliyini irəli sürməyi tələb edir.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "başqa cür hərəkət etməsi üçü şansı qalmadı, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə reaksiya vermək mümkün deyildi".
Onun sözlərinə görə, Rusiya 30 ildir ki, Avropada təhlükəsizlik prinsipləri ilə bağlı NATO ilə razılığa gəlməyə çalışıb, lakin buna cavab olaraq yalanlarla, ya da təzyiq və şantaj cəhdləri ilə üzləşib, alyans isə bu arada Moskvanın etirazlarına baxmayaraq durmadan genişlənir və Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşır.
Xəbər lenti
0