https://sputnik.az/20230506/ebedi-meselin-bir-parcasi-bakiya-getirilib---foto-454572732.html
"Əbədi məşəl"in bir parçası Bakıya gətirilib - FOTO-VİDEO
"Əbədi məşəl"in bir parçası Bakıya gətirilib - FOTO-VİDEO
Sputnik Azərbaycan
Hər il Ümumrusiya Xalq Cəbhəsi tərəfindən faşizm üzərində Qələbə Günü ərəfəsində keçirilən “Yaddaş atəşi” aksiyası yaxşı ənənəyə çevrilib. 06.05.2023, Sputnik Azərbaycan
2023-05-06T16:08+0400
2023-05-06T16:08+0400
2023-05-06T16:09+0400
paytaxt xəbərləri
"əbədi məşəl" kompleksi
bakı
https://cdnn1.img.sputnik.az/img/07e7/05/06/454569886_0:122:1280:842_1920x0_80_0_0_2dac6e4f8ea3f4247fb97b5f3dba132f.jpg
BAKI, 6 may - Sputnik. Rusiyanın tanınmış teleaparıcısı İrina Kuksenkova və Rusiya Federasiyasının əməkdar artisti Yan Osin “Yaddaş atəşi” genişmiqyaslı vətənpərvərlik kampaniyası çərçivəsində “Əbədi məşəl”dən bir parçanı Azərbaycana çatdırıblar. Aksiya Ümumrusiya Xalq Cəbhəsi (ÜRXC) tərəfindən təşkil edilib.ÜRXC tərəfindən hər il faşizm üzərində Qələbə günü ərəfəsində keçirilən “Yaddaş atəşi” aksiyası yaxşı ənənəyə çevrilib.Hərəkatın mətbuat xidmətindən əvvəl bildirilib ki, aksiya iştirakçıları Rusiyanın 24 regionunda yaşayan Böyük Vətən Müharibəsi veteranlarına “Əbədi məşəl” zərrələri olan lampaları çatdıracaqlar.Həmçinin, mayın 6-dan 9-dək ÜRXC nümayəndələri, tanınmış incəsənət xadimləri, jurnalistlər və teleaparıcılar dünyanın 13 ölkəsinə, o cümlədən Azərbaycan, Belarus, Vyetnam, İsrail, Kipr, Qırğızıstan və digər dövlətlərə yüzlərlə işıqlı lampa çatdıracaqlar.Bu il “Yaddaş alovu” Rusiya Federasiyasının yeni regionlarına da göndəriləcək.Ümumilikdə, Qələbə Günü ərəfəsində “Yaddaş atəşi” təxminən 76 min kilometr, o cümlədən 61 min kilometrdən çox təyyarə, 15 min kilometrə yaxın avtomobil və dəmir yollarını əhatə edəcəkdir.Tədbirdə Azərbaycan Milli Məclisinin (parlamentin) deputatı, Azərbaycan Respublikasının Rus İcmasının sədri Mixail Zabelin, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin müşaviri Andrey Rumyantsev, Bakıdakaı "Rus evi"nin İrek Zinnurov, veteranlar və gənclər iştirak ediblər.Qeyd edildiyi kimi, Əbədi məşəlin bir parçası Rusiyanın tanınmış simaları tərəfindən müxtəlif ölkələrə çatdırılır. Onu Bakıya Rusiyanın Birinci Kanalının müharibə müxbiri İrina Kuksenkova və Rusiya Federasiyasının əməkdar artisti, müğənni Yan Osin gətiriblər. Onlar ilk dəfədir ki, “Yaddaş atəşi” aksiyasında iştirak edirlər. Ən çətin işin atəşi təyyarədə daşımaq olduğunu söyləyiblər, lakin bunu bacarıblar.İrina Kuksenkova isə hesab edir ki, ulu babalarımızın və babalarımızın hamımızın naminə qazandıqları qələbəni xatırlamaq çox vacibdir. O, sevinir ki, Azərbaycanda Qələbə bayramı yüksək səviyyədə qeyd olunur, bu bayrama həsr olunmuş bir sıra tədbirlər keçirilir.“Əbədi məşəl”in bir zərrəsi Mixail Zabelinə, martın 7-də isə STMEGI - Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fonduna təhvil veriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/06/454569886_0:2:1280:962_1920x0_80_0_0_347f9d2772f6f6a9536d6f1ef6671371.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
"əbədi məşəl" kompleksi, bakı
"əbədi məşəl" kompleksi, bakı
"Əbədi məşəl"in bir parçası Bakıya gətirilib - FOTO-VİDEO
16:08 06.05.2023 (Yenilənib: 16:09 06.05.2023) Hər il Ümumrusiya Xalq Cəbhəsi tərəfindən faşizm üzərində Qələbə Günü ərəfəsində keçirilən “Yaddaş atəşi” aksiyası yaxşı ənənəyə çevrilib.
BAKI, 6 may - Sputnik. Rusiyanın tanınmış teleaparıcısı İrina Kuksenkova və Rusiya Federasiyasının əməkdar artisti Yan Osin “Yaddaş atəşi” genişmiqyaslı vətənpərvərlik kampaniyası çərçivəsində “Əbədi məşəl”dən bir parçanı Azərbaycana çatdırıblar. Aksiya Ümumrusiya Xalq Cəbhəsi (ÜRXC) tərəfindən təşkil edilib.
ÜRXC tərəfindən hər il faşizm üzərində Qələbə günü ərəfəsində keçirilən “Yaddaş atəşi” aksiyası yaxşı ənənəyə çevrilib.
Hərəkatın mətbuat xidmətindən əvvəl bildirilib ki, aksiya iştirakçıları Rusiyanın 24 regionunda yaşayan Böyük Vətən Müharibəsi veteranlarına “Əbədi məşəl” zərrələri olan lampaları çatdıracaqlar.
Həmçinin, mayın 6-dan 9-dək ÜRXC nümayəndələri, tanınmış incəsənət xadimləri, jurnalistlər və teleaparıcılar dünyanın 13 ölkəsinə, o cümlədən Azərbaycan, Belarus, Vyetnam, İsrail, Kipr, Qırğızıstan və digər dövlətlərə yüzlərlə işıqlı lampa çatdıracaqlar.
Bu il “Yaddaş alovu” Rusiya Federasiyasının yeni regionlarına da göndəriləcək.
Ümumilikdə, Qələbə Günü ərəfəsində “Yaddaş atəşi” təxminən 76 min kilometr, o cümlədən 61 min kilometrdən çox təyyarə, 15 min kilometrə yaxın avtomobil və dəmir yollarını əhatə edəcəkdir.
Tədbirdə Azərbaycan Milli Məclisinin (parlamentin) deputatı, Azərbaycan Respublikasının Rus İcmasının sədri Mixail Zabelin, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin müşaviri Andrey Rumyantsev, Bakıdakaı "Rus evi"nin İrek Zinnurov, veteranlar və gənclər iştirak ediblər.
“Ümummilli lider Heydər Əliyev dərk edirdi ki, Qələbə Günü bütün Azərbaycan xalqı üçün çox vacibdir. Azərbaycanda elə bir ailə yoxdur ki, onun üzvləri Böyük Vətən müharibəsində iştirak etməsin. Onların çoxu qayıtdı, amma ölənlər oldu. Onların hər birinin xatirəsini ehtiramla yad edirik. Ümumilikdə Azərbaycandan cəbhəyə 680 mindən çox insan gedib ki, onların da 10 mini qadınlar olub. Ölkəmizin xidməti həm də ondadır ki, Bakıda hasil olunan neft cəbhəyə gedib”, - deyə Zabelin bildirib.
Qeyd edildiyi kimi, Əbədi məşəlin bir parçası Rusiyanın tanınmış simaları tərəfindən müxtəlif ölkələrə çatdırılır. Onu Bakıya Rusiyanın Birinci Kanalının müharibə müxbiri İrina Kuksenkova və Rusiya Federasiyasının əməkdar artisti, müğənni Yan Osin gətiriblər. Onlar ilk dəfədir ki, “Yaddaş atəşi” aksiyasında iştirak edirlər. Ən çətin işin atəşi təyyarədə daşımaq olduğunu söyləyiblər, lakin bunu bacarıblar.
“Biz bu aksiyada iştirak etdiyimiz üçün şadıq.Əbədi məşəl artıq bir çox ölkələrə çatdırılıb. Bizə tapşırdılar ki, onu Bakıya gətirək.Bu tədbir çox vacibdir. Bu, İkinci Dünya Müharibəsi veteranlarına və onların nəsillərinə tarixə toxunmaq və 1945-ci ildə faşizm üzərində kimin qalib gəldiyini xatırlamaq imkanı verir”, - deyə Yan Osin Sputnik Azərbaycan-a müsahibəsində bildirib.
İrina Kuksenkova isə hesab edir ki, ulu babalarımızın və babalarımızın hamımızın naminə qazandıqları qələbəni xatırlamaq çox vacibdir. O, sevinir ki, Azərbaycanda Qələbə bayramı yüksək səviyyədə qeyd olunur, bu bayrama həsr olunmuş bir sıra tədbirlər keçirilir.
“Biz bu atəşi Bakının müxtəlif yaddaqalan yerlərinə daşıyacağıq. Biz bu qələbənin xatirəsini yaşatmaq üçün əlimizdən gələni etməliyik. Bunun hamımız üçün nə qədər vacib olduğunu xatırlamalıyıq”, - deyə Kuksenkova əlavə edib.
“Əbədi məşəl”in bir zərrəsi Mixail Zabelinə, martın 7-də isə STMEGI - Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fonduna təhvil veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.