https://sputnik.az/20230506/dm-sabah-imtahan-verecek-sexslere-muraciet-edib-454568480.html
DİM sabah imtahan verəcək şəxslərə müraciət edib
DİM sabah imtahan verəcək şəxslərə müraciət edib
Sputnik Azərbaycan
Qurum tərəfindən iştirakçıların imtahan binasına rahat və müəyyən olunan vaxtda çata bilmələri üçün onların yaşadıqları əraziyə yaxın məsafədə yerləşən... 06.05.2023, Sputnik Azərbaycan
2023-05-06T19:14+0400
2023-05-06T19:14+0400
2023-05-06T19:14+0400
imtahan
paytaxt xəbərləri
marşrut
marafon
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510812_0:160:3073:1888_1920x0_80_0_0_2445597d25af05089d7f36e08b0ce974.jpg
BAKI, 6 may - Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) sabah imtahan verəcək şəxslərə müraciət edib. Bu barədə DİM-dən məlumat verilib. Mayın 7-də Səbail rayonu ərazisində yerləşən məktəblərdə (51, 160, 163, 189-190, 236, 239 nömrəli) imtahan verəcək şagirdlərin və abituriyentlərin nəzərinə çatdırırıq ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən verilən məlumata əsasən, “Bakı Marafonu 2023”lə əlaqədar sabah səhər saatlarından etibarən yürüşlə bağlı Səbail rayonu ərazisində bəzi küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq.Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən iştirakçıların imtahan binasına rahat və müəyyən olunan vaxtda çata bilmələri üçün onların yaşadıqları əraziyə yaxın məsafədə yerləşən məktəblər seçilib. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahan binasına buraxılış rejimi saat 10:45-də başa çatır. Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi 2023-cü il mayın 7-də respublikanın 21 şəhər və rayonunda tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumtəhsil müəssisələrinin şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək. (Report)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510812_170:0:2901:2048_1920x0_80_0_0_e6fd2ff33b7b9d9c97096c7b4d2bb2a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
imtahan, marşrut, marafon
imtahan, marşrut, marafon
DİM sabah imtahan verəcək şəxslərə müraciət edib
Qurum tərəfindən iştirakçıların imtahan binasına rahat və müəyyən olunan vaxtda çata bilmələri üçün onların yaşadıqları əraziyə yaxın məsafədə yerləşən məktəblər seçilib.
BAKI, 6 may - Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) sabah imtahan verəcək şəxslərə müraciət edib. Bu barədə DİM-dən məlumat verilib.
Mayın 7-də Səbail rayonu ərazisində yerləşən məktəblərdə (51, 160, 163, 189-190, 236, 239 nömrəli) imtahan verəcək şagirdlərin və abituriyentlərin nəzərinə çatdırırıq ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən verilən məlumata əsasən, “Bakı Marafonu 2023”lə əlaqədar sabah səhər saatlarından etibarən yürüşlə bağlı Səbail rayonu ərazisində bəzi küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq.
"Hərəkət məhdudlaşdırılan küçə və prospektlərə nisbətən yaxın hesab oluna biləcək məktəblərdə imtahan verən şəxslərin imtahan binasına müəyyən olunmuş vaxtda çata bilmələri üçün müvafiq halı nəzərə almalarını tövsiyə edirik", - qurumdan bildirilib.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən iştirakçıların imtahan binasına rahat və müəyyən olunan vaxtda çata bilmələri üçün onların yaşadıqları əraziyə yaxın məsafədə yerləşən məktəblər seçilib. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahan binasına buraxılış rejimi saat 10:45-də başa çatır.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi 2023-cü il mayın 7-də respublikanın 21 şəhər və rayonunda tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumtəhsil müəssisələrinin şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.