Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Cənazəsi morqda qalan Çingiz Aslanovla bağlı qərar - Rəsmi açıqlama

© AFP 2023 / JOEL SAGETMeyitxana, arxiv şəkli
Meyitxana, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.05.2023
Abunə olmaq
Çingiz Siyavuşoğlu 27.04.2023-cü il tarixində Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub və ona zəruri tibb xidmətlər göstərilib.
BAKI, 6 may - Sputnik. Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov bu gün saat 14:00-da Təzə Pir Məscidindən Yasamal qəbiristanlığına son mənzilə yola salınacaq.
Sputnik Azərbaycan-a bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, məsələ Mədəniyyət Nazirliyinin diqqətindədir, dəfnlə bağlı kömək göstərilib.

“Əlavə olaraq qeyd edək ki, məsələ ilə mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov məşğul olur. Dəfnlə bağlı məsələlər Mədəniyyət Nazirliyinin, Akademik Milli Dram Teatrının və Yasamal rayon İcra Hakimiyyətinin diqqətindədir”, - deyə əlavə edilib.

Qeyd edək ki, Çingiz Siyavuşoğlu 27.04.2023-cü il tarixində Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub. Ona Kliniki Tibb Mərkəz, 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, eləcə də Sabunçu Tibb Mərkəzində zəruri tibb xidmətlər göstərilib.
Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023 tarixdə bioloji ölüm baş verib. Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub. Sosial platformada onun meyidinin morqda qaldığı, dəfn üçün heç bir köməklik göstərilmədiyi qeyd olunmuşdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0