https://sputnik.az/20230506/baki-nefti-olmasaydi-nasizm-uzerinde-qelebe-gecike-bilerdi---politoloq-454565703.html
Bakı nefti olmasaydı, nasizm üzərində qələbə gecikə bilərdi - politoloq
Bakı nefti olmasaydı, nasizm üzərində qələbə gecikə bilərdi - politoloq
Sputnik Azərbaycan
Analitik amindir ki, Azərbaycan və Rusiya Qaregin Njdenin nasist ideologiyasının silinməsi üçün maksimum səylər göstərəcək. 06.05.2023, Sputnik Azərbaycan
2023-05-06T16:54+0400
2023-05-06T16:54+0400
2023-05-06T16:54+0400
rusiya
politoloq
azərbaycan
neft
faşizm üzərində qələbə
njde
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0c/427446391_0:0:3072:1728_1920x0_80_0_0_282bc156b9280cd65c2f2651586c775b.jpg
BAKI, 6 may - Sputnik. Azərbaycan nasizm üzərində qələbəyə nail olunmasına çox böyük töhfə verib. Vermaxtın alman diviziyalarının can atdığı, lakin sahib ola bilmədiyi həmin Bakı nefti olmasaydı, nasizm üzərində qələbə, ən azı, daha gec müddətə qədər gecikə bilərdi.Bu barədə Azərtac-a rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov bildirib.Agentliyin müsahibi deyib ki, Azərbaycan cəbhəyə 600 mindən çox əsgər göndərib, ölkəyə 128 nəfər Sovet İttifaqı Qəhrəmanı bəxş edib."Qələbənin əldə olunmasına böyük töhfə verən iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları generalı Həzi Aslanovu bütün dünya tanıyır. Könüllülərdən ibarət Azərbaycan diviziyaları bütün cəbhələrdə, xüsusən Rostov vilayətinin Sambek kəndi yaxınlığında Mius hüdudlarında rəşadətlə vuruşurdu", - deyə politoloq bildirib.Daha sonra siyasi şərhçi bildirib ki, böyük itkilər verən lakin bir qarış torpağı da düşmənə təslim etməyən 90 faizi azərbaycanlılardan ibarət olan 416-cı motoatıcı diviziyası İosif Stalin tərəfindən xüsusi qeyd edilib:Politoloqun sözlərinə görə, uğrunda SSRİ və onun çoxmillətli xalqının böyük itkilər verdiyi, lakin sonunda nasizmin hidrasını öz yuvasında boğmağa müvəffəq olunduğu faşizm üzərində qələbənin ildönümü ərəfəsində qeyd etmək lazımdır ki, 70 il sonra dünya həmin müharibənin dəhşətləri və zəfərin qazanılmasına böyük töhfə verənləri tədricən unutmağa başlayıb:"Hər yerdə bu qarşıdurmanın yekunlarını təftiş etməyə və bizim ümumi gələcəyimiz naminə canlarını fəda edən insanların xidmətlərini qəsdən ləkələməyə başlayıblar".Rusiyalı ekspert bu kontekstdə əcdadlarının da ümumi böyük vətəni qoruduqları Ermənistanı və erməniləri misal çəkib.Daha sonra agentliyin müsahibi qeyd edib ki, Bakı bir çox illər ərzində erməni millətçiliyinin gerçək üzünü bütün dünyaya nümayiş etdirir və çox vaxt bu üz xüsusən qonşulara münasibətdə açıq-aşkar faşizmlə eybəcərləşir:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0c/427446391_297:0:3028:2048_1920x0_80_0_0_bedda304852cfbcf3e5b0cb23dbdd31b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
politoloq, azərbaycan, neft, faşizm üzərində qələbə, njde
politoloq, azərbaycan, neft, faşizm üzərində qələbə, njde
Bakı nefti olmasaydı, nasizm üzərində qələbə gecikə bilərdi - politoloq
Analitik amindir ki, Azərbaycan və Rusiya Qaregin Njdenin nasist ideologiyasının silinməsi üçün maksimum səylər göstərəcək.
BAKI, 6 may - Sputnik. Azərbaycan nasizm üzərində qələbəyə nail olunmasına çox böyük töhfə verib. Vermaxtın alman diviziyalarının can atdığı, lakin sahib ola bilmədiyi həmin Bakı nefti olmasaydı, nasizm üzərində qələbə, ən azı, daha gec müddətə qədər gecikə bilərdi.
Bu barədə Azərtac-a rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov bildirib.
Agentliyin müsahibi deyib ki, Azərbaycan cəbhəyə 600 mindən çox əsgər göndərib, ölkəyə 128 nəfər Sovet İttifaqı Qəhrəmanı bəxş edib.
"Qələbənin əldə olunmasına böyük töhfə verən iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları generalı Həzi Aslanovu bütün dünya tanıyır. Könüllülərdən ibarət Azərbaycan diviziyaları bütün cəbhələrdə, xüsusən Rostov vilayətinin Sambek kəndi yaxınlığında Mius hüdudlarında rəşadətlə vuruşurdu", - deyə politoloq bildirib.
Daha sonra siyasi şərhçi bildirib ki, böyük itkilər verən lakin bir qarış torpağı da düşmənə təslim etməyən 90 faizi azərbaycanlılardan ibarət olan 416-cı motoatıcı diviziyası İosif Stalin tərəfindən xüsusi qeyd edilib:
"XX əsrin 80-ci illərində Azərbaycanın Dahi Lideri Heydər Əliyev Sambek yüksəkliklərində ümumi vətən uğrunda canlarını fəda etmiş öz həmvətənlərinin və digər respublikaların vətəndaşlarının igidliyinə həsr olunmuş abidənin açılışını etdi. Qeyd edim ki, Azərbaycandan uzaqda yerləşən Taqanroqda Bakı küçəsi var və bu şəhərin ən böyük körpüsü də Bakının adını daşıyır. Bu, çoxsaylı erməni diasporunun o qədər də xoşuna gəlmir”.
Politoloqun sözlərinə görə, uğrunda SSRİ və onun çoxmillətli xalqının böyük itkilər verdiyi, lakin sonunda nasizmin hidrasını öz yuvasında boğmağa müvəffəq olunduğu faşizm üzərində qələbənin ildönümü ərəfəsində qeyd etmək lazımdır ki, 70 il sonra dünya həmin müharibənin dəhşətləri və zəfərin qazanılmasına böyük töhfə verənləri tədricən unutmağa başlayıb:
"Hər yerdə bu qarşıdurmanın yekunlarını təftiş etməyə və bizim ümumi gələcəyimiz naminə canlarını fəda edən insanların xidmətlərini qəsdən ləkələməyə başlayıblar".
Rusiyalı ekspert bu kontekstdə əcdadlarının da ümumi böyük vətəni qoruduqları Ermənistanı və erməniləri misal çəkib.
“Əvvəlcə bu, erməni millətçiliyinin simvolu və Üçüncü reyxin generalı Qaregin Njdenin heykəlinin açılışı ilə özünü göstərdi, indi isə Ermənistanın baş naziri Nikol Paşinyan “Nemezis” adlı yeni abidə açmaq qərarına gəlib. Buna heç bir vəchlə bəraət qazandırmaq olmaz. Dünya alt-üst olub, lakin düşünürəm ki, tez və ya gec hər şey öz məcrasına düşəcək və biz yenə də Qərbin idarə etdiyi liderlərin əli ilə qələbənin əhəmiyyətini unudan ölkələrlə birlikdə əcdadlarımızın xatirəsini yad edəcəyik", - deyə politoloq bildirib.
Daha sonra agentliyin müsahibi qeyd edib ki, Bakı bir çox illər ərzində erməni millətçiliyinin gerçək üzünü bütün dünyaya nümayiş etdirir və çox vaxt bu üz xüsusən qonşulara münasibətdə açıq-aşkar faşizmlə eybəcərləşir:
"Şübhə etmirəm ki, Azərbaycan və Rusiya Qaregin Njdenin nasist ideologiyasının silinməsi üçün maksimum səylər göstərəcək, bununla da erməni xalqı mütləq yaxın zamanlarda baş verəcək uçuruma yuvarlanmaqdan xilas olacaq”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.