Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Zaporojye AES daşqın zonasında qala bilər – Roqov

© Sputnik / Константин МихальчевскийСотрудники МАГАТЭ на Запорожской атомной электростанции
Сотрудники МАГАТЭ на Запорожской атомной электростанции - Sputnik Azərbaycan, 1920, 05.05.2023
Abunə olmaq
Hazırda vəziyyət nəzarət altındadır.
BAKI, 5 may — Sputnik. Kaxovka su anbarında suyun səviyyəsinin kritik artması səbəbindən Kamenka-Dneprovskaya şəhəri yaxınlığında bəndin qırılması halında Zaporojye AES daşqın zonasında qala bilər.
"RİA Novosti" bildirib ki, bu barədə "Biz Rusiya ilə birlikdəyik" hərəkatının rəhbəri Vladimir Roqov məlumat yayıb.
Bundan əvvəl Kaxovka su anbarında suyun səviyyəsinin kritik həddə qalxdığı bildirilib. Səbəb Dnepropetrovsk və Zaporojyedə Kiyev hakimiyyətinin nəzarətində olan su elektrik stansiyalarından suyun çox olması və nəzarətsiz axıdılması, həmçinin Xersonda Dnepr çayının aşağı axınında yerləşən Kaxovskaya su elektrik stansiyasının Ukrayna tərəfindən atəşə tutulmasıdır. Suyun səviyyəsinin artması Kamenka-Dneprovskaya şəhəri yaxınlığında bəndin qırılmasına və yaxınlıqdakı yaşayış məntəqələrinin su altında qalmasına səbəb ola bilər.
"Bənd dağılarsa, Zaporojye AES də daşqın zonasında ola bilər", - deyə Roqov bildirib.
Onun sözlərinə görə, hazırda vəziyyət nəzarət altındadır.
"Vəziyyət Ukrayna Silahlı Qüvvələri tərəfindən Xerson vilayətində Dneprdən aşağı yerləşən Kaxovskaya su elektrik stansiyasının atəşə tutulmasının dayandırılması və onun təmiri ilə tam sabitləşəcək", - deyə Roqov vurğulayıb.
Xatırladaq ki, Zaporojye AES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır - stansiyada hər birinin gücü 1 giqavat olan altı enerji bloku var. 2022-ci ilin oktyabrında AES Rusiya Federasiyasının mülkiyyətinə keçib.
Xəbər lenti
0