QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Minalar daha çox hansı ərazilərdə basdırılıb? ANAMA açıqladı

© AR Ministry of DefenceВ Лачинском направлении обнаружено более 900 противопехотных мин
В Лачинском направлении обнаружено более 900 противопехотных мин - Sputnik Azərbaycan, 1920, 05.05.2023
Abunə olmaq
İşğaldan azad edilmiş ərazilərdə keçid və cığırlar, içməli və texniki su mənbələri, həmçinin elektrik dirəklərinin ətrafı minalarla daha çox çirkləndirilən yerlər sırasındadır.
BAKI, 5 may — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) minaların daha çox hansı ərazilərə basdırıldığını açıqlayıb.
Agentlikdən Sputnik Azərbaycan-a bildirilib ki, minalar əsasən, keçmişdə döyüşlər gedən və onlara yaxın sahələrə, yollar, ana yollar və yol kəsişmələrinə basdırılıb.
Qeyd edilib ki, bununla yanaşı keçid və cığırlar, içməli və texniki su mənbələri, həmçinin elektrik dirəklərinin ətrafı minalarla daha çox çirkləndirilən yerlər sırasındadır.
Həmçinin minaların əsasən, bağ və meşəlik ərazilərdə, əkin sahələrində, dağıdılmış və ya sahibsiz qalmış evlərdə də basdırıldığı bildirilib.
Xatıraldaq ki, ANAMA-nın yaydığı məlumata görə, aprelin 1-dən 30-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 142, tank əleyhinə 420 mina və 902 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Mayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində tank əleyhinə minanın partlaması nəticəsində 1964-cü il təvəllüdlü Oktay Alışov həyatını itirib. Bundan əvvəl isə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində atlı çoban tank əleyhinə minaya düşərək həlak olub.
Xəbər lenti
0