Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Mərkəzi Nəbatat Bağında qanunsuz tikilən obyektlər sökülüb - Amfiteatr tikiləcək

© Sputnik / Irade JELILNəbatat bağı
Nəbatat bağı - Sputnik Azərbaycan, 1920, 05.05.2023
Abunə olmaq
Emin İmanov bildirib ki, aparılacaq işlər çərçivəsində Mərkəzi Nəbatat Bağında göl yaradılacaq.
BAKI, 5 may — Sputnik. Mərkəzi Nəbatat Bağında qanunsuz tikilən 40-a yaxın ictimai iaşə obyekti sökülüb.
Bunu Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov deyib. O bildirib ki, artıq bağın ərazisində qanunsuz tikililər yoxdur: "Əvvəllər bağın ərazisində qeyri-qanuni formada tikilmiş "Şəki", "Qəbələ" restoranları, avtomobil-təmir sexləri vardı. Artıq onlar sökülüb, yerində isə bir hissədə avtomobillər üçün parkinq yaradılacaq, digər hissədə isə ağacların əkilməsi nəzərdə tutulub".
E.İmanov qeyd edib ki, həmçinin bağın ərazisindəki qəzalı şəraitdə olan binalar sökülüb.
Şöbə müdiri söyləyib ki, Mərkəzi Nəbatat Bağında şəhər daxilində yeni bir meşə yaradılır və burada Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BŞİH tərəfindən davamlı olaraq monitorinqlər aparılır.
O, həmçinin qeyd edib ki, Mərkəzi Nəbatat Bağında amfiteatrın inşası nəzərdə tutulur. E.İmanovun sözlərinə görə, bağın ərazisində hər hansı ictimai iaşə obyektinin tikilməsi nəzərdə tutulmur: "Təsdiqlənmiş layihə əsasında geniş yenidənqurma işləri çərçivəsində park içərisində geniş meşə və yaşıllıq örtüyü yaradılır, ağacların sayı artırılır. Həmçinin, ərazidə uşaqlar üçün meydança da salınacaq. Aparılacaq işlər çərçivəsində Mərkəzi Nəbatat Bağında göl yaradılacaq".
Şöbə müdiri söyləyib ki, ərazidə alimlər və mütəxəssislər işləyir, analizlər aparırlar: "Bağda böyük arenjeriya olacaq. Arenjeriyanın birində tropik, digərində isə subtropik bitkilər saxlanılacaq. Əraziyə gələn insanlar isə həm bağı gəzəcək, həm də bitkilərlə tanış olacaqlar". (Report)
Xəbər lenti
0