https://sputnik.az/20230505/avropa-ttifaqi-bu-olkelere-sanksiya-tetbiq-etmeye-hazirlasir-454495250.html
Avropa İttifaqı bu ölkələrə sanksiya tətbiq etməyə hazırlaşır
Avropa İttifaqı bu ölkələrə sanksiya tətbiq etməyə hazırlaşır
Sputnik Azərbaycan
Bu mexanizmin əsas məqsədi ölkələri Rusiyaya kömək etməkdən çəkindirmək və Moskvanın istifadə edə biləcəyi ticarət kanallarını kəsmək olacaq. 05.05.2023, Sputnik Azərbaycan
2023-05-05T08:45+0400
2023-05-05T08:45+0400
2023-05-05T08:45+0400
ai
rusiya
moskva
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e5/04/13/426736812_0:0:3104:1747_1920x0_80_0_0_de9e6be8604055df984c1927d11f0e3d.jpg
BAKI, 5 may — Sputnik. Avropa İttifaqı Rusiyanın tətbiq edilən sanksiyalardan yan keçməsinin qarşısını almaq üçün kifayət qədər səy göstərməyən üçüncü ölkələrə qarşı yeni sanksiyalar mexanizmini müzakirə edir. Bu barədə "Bloomberg" məlumat yayıb. Bu mexanizmin əsas məqsədi ölkələri Rusiyaya kömək etməkdən çəkindirmək və Moskvanın istifadə edə biləcəyi ticarət kanallarını kəsmək olacaq. Bundan əlavə, Aİ mövcud ixrac nəzarəti tədbirlərinin əhatəsini genişləndirmək və bir çox malların Rusiya ərazisindən tranzitini qadağan etmək niyyətindədir. Sanksiya siyahısına daha onlarla fiziki və hüquqi şəxsin əlavə olunacağı gözlənilir. Aİ-nin Rusiyanın "Rosatom" dövlət korporasiyasına qarşı məhdudiyyətlər tətbiq edəcəyi ehtimalı azdır. "Bloomberg" qeyd edir ki, tədbirlər ilkin olaraq Çini hədəf almayacaq, lakin əsasən Mərkəzi Asiya ölkələri və Rusiyanın ən yaxın qonşularını hədəf alacaq. Yeni tədbirlər toplusu həm də Rusiya yük maşınlarının ittifaqın sərhədlərinə çatdıqda yüklərini Aİ yük maşınlarına vurmasını dayandırmaq üçün qoşqulara yeni məhdudiyyətlər qoyur. Agentlik bildirir ki, Aİ avtomobillərə, Ukrayna münaqişəsində istifadə edildiyinə təxmin olunan qabaqcıl texnologiyaya, istehsal olunan mallara, dəmir, polad və sanksiya edilmiş digər metallardan istifadə edilərək emal məhsullarına dair mövcud məhdudiyyətləri genişləndirmək istəyir. Aİ may ayında keçiriləcək G-7 sammiti öncəsi tədbirləri yekunlaşdırmağı planlaşdırır. Yaxın günlərdə Avropa İttifaqına üzv ölkələrin layihəni müzakirə edəcəyi gözlənilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/13/426736812_375:0:3104:2047_1920x0_80_0_0_16e0898d051f5f0b9397400b74e5bae4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ai, moskva, ukrayna
Avropa İttifaqı bu ölkələrə sanksiya tətbiq etməyə hazırlaşır
Bu mexanizmin əsas məqsədi ölkələri Rusiyaya kömək etməkdən çəkindirmək və Moskvanın istifadə edə biləcəyi ticarət kanallarını kəsmək olacaq.
BAKI, 5 may — Sputnik. Avropa İttifaqı Rusiyanın tətbiq edilən sanksiyalardan yan keçməsinin qarşısını almaq üçün kifayət qədər səy göstərməyən üçüncü ölkələrə qarşı yeni sanksiyalar mexanizmini müzakirə edir. Bu barədə "Bloomberg" məlumat yayıb.
Bu mexanizmin əsas məqsədi ölkələri Rusiyaya kömək etməkdən çəkindirmək və Moskvanın istifadə edə biləcəyi ticarət kanallarını kəsmək olacaq.
Bundan əlavə, Aİ mövcud ixrac nəzarəti tədbirlərinin əhatəsini genişləndirmək və bir çox malların Rusiya ərazisindən tranzitini qadağan etmək niyyətindədir. Sanksiya siyahısına daha onlarla fiziki və hüquqi şəxsin əlavə olunacağı gözlənilir. Aİ-nin Rusiyanın "Rosatom" dövlət korporasiyasına qarşı məhdudiyyətlər tətbiq edəcəyi ehtimalı azdır.
"Bloomberg" qeyd edir ki, tədbirlər ilkin olaraq Çini hədəf almayacaq, lakin əsasən Mərkəzi Asiya ölkələri və Rusiyanın ən yaxın qonşularını hədəf alacaq. Yeni tədbirlər toplusu həm də Rusiya yük maşınlarının ittifaqın sərhədlərinə çatdıqda yüklərini Aİ yük maşınlarına vurmasını dayandırmaq üçün qoşqulara yeni məhdudiyyətlər qoyur.
Agentlik bildirir ki, Aİ avtomobillərə, Ukrayna münaqişəsində istifadə edildiyinə təxmin olunan qabaqcıl texnologiyaya, istehsal olunan mallara, dəmir, polad və sanksiya edilmiş digər metallardan istifadə edilərək emal məhsullarına dair mövcud məhdudiyyətləri genişləndirmək istəyir.
Aİ may ayında keçiriləcək G-7 sammiti öncəsi tədbirləri yekunlaşdırmağı planlaşdırır. Yaxın günlərdə Avropa İttifaqına üzv ölkələrin layihəni müzakirə edəcəyi gözlənilir.