QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağdamda inşa edilən infrastruktur layihələri nə vaxt təhvil veriləcək?

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub
Prezident İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub - Sputnik Azərbaycan, 1920, 05.05.2023
Abunə olmaq
Prezident İlham Əliyevin Ağdama səfəri zamanı burada ikinci və üçüncü yaşayış məhəllələrinin təməllərinin qoyulmasına diqqət çəkən Bəşir Hacıyev məhəllələrin tikintisinin yekunlaşdırılmasının 2025-ci ilin sonuna nəzərdə tutulduğunu deyib
BAKI, 5 may — Sputnik. "Bildiyiniz kimi, Ağdam şəhərində bir çox layihələr həyata keçirilir. Bunlardan Bərdə-Ağdam, Ağcabədi-Ağdam, Füzuli-Ağdam yollarını qeyd etmək olar".
Bunu Prezidentin Qarabağ İqtisadi Rayonu üzrə xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.
"Bununla yanaşı, Bərdə-Ağdam dəmir yolunda inşaat işləri sürətlə davam etdirilir. Bu layihənin artıq 90 faizi artıq icra olunub, ilin sonuna yekunlaşdırılması nəzərdə tutulur", - o bildirib.
Mayın 2-də Prezident İlham Əliyevin Ağdama səfəri zamanı burada ikinci və üçüncü yaşayış məhəllələrinin təməllərinin qoyulmasına diqqət çəkən Bəşir Hacıyev məhəllələrin tikintisinin yekunlaşdırılmasının 2025-ci ilin sonuna nəzərdə tutulduğunu deyib: "Ağdamda üçüncü yaşayış məhəlləsinin ərazisi 16,93 hektar əhatə edir. Burada 1, 2, 3 və 4 otaqdan ibarət 1239 mənzil tikilməsi nəzərdə tutulur. Eyni zamanda, Ağdamın ikinci yaşayış məhəlləsinin ərazisi 13,31 hektar təşkil edir".
Dövlət başçısının səfəri zamanı Ağdam şəhərində inzibati binanın da təməlini qoyulduğunu qeyd edən Bəşir Hacıyev onun ümumi ərazisinin 2,12 hektar təşkil etdiyini deyib: "Binanın tikinti sahəsi 24 450 kvadrat metrdir. İnzibati binanın qarşısında park və meydança inşa olunacaq. Bildiyiniz kimi, Prezidentin səfəri zamanı Ağdam Muğam Mərkəzinin də təməli qoyulub. Muğam Mərkəzi bir zirzəmi və iki mərtəbədən ibarətdir. Burada sinif otaqları, rəqs təlimi otaqları, iclaslar üçün otaqlar, böyük konsertlər üçün zallar olacaq. Açıq havada amfiteatrın inşa olunması nəzərdə tutulub. Eyni zamanda, yerüstü dayanacağın da tikintisi planlaşdırılır. Muğam Mərkəzinin inşasının 2024-cü ilin sonunda yekunlaşması nəzərdə tutulur".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdam şəhərinə səfər zamanı inzibati binanın, 2-ci və 3-cü yaşayış məhəllələrinin və Muğam Mərkəzinin təməlini qoyublar.(APA)
Xəbər lenti
0