https://sputnik.az/20230504/xn-pasinyanin-cexiyada-seslendirdiyi-iddialari-cefengiyyat-adlandirdi-454500779.html
XİN Paşinyanın Çexiyada səsləndirdiyi iddiaları cəfəngiyyat adlandırdı
XİN Paşinyanın Çexiyada səsləndirdiyi iddiaları cəfəngiyyat adlandırdı
Sputnik Azərbaycan
Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı "Laçın" sərhəd nəzarət-buraxılış... 04.05.2023, Sputnik Azərbaycan
2023-05-04T17:52+0400
2023-05-04T17:52+0400
2023-05-04T17:58+0400
rusiya
ermənistan
xin
azərbaycan xin
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/42063/78/420637825_0:102:2000:1227_1920x0_80_0_0_e09d5dfef68cb43cf914a39cf8431e76.jpg
BAKI, 4 may — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın 4 may tarixində Çex Respublikasının baş naziri ilə birgə mətbuat konfransında çıxışı zamanı ölkəmizin Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsi, habelə guya Azərbaycanın Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməsi, Qarabağ bölgəsində humanitar böhran yaratdığı ilə bağlı dəfələrlə səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir. Orada qeyd olunur ki, Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı "Laçın" sərhəd nəzarət-buraxılış məntəqəsini təsis etməsi məsələsinə hər hansı bir şərh qəbuledilməzdir. "Ermənistan tərəfi Azərbaycanın daxili işlərinə qarışmağa və uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətə son qoymalıdır", - bəyanatda deyilir. "Etnik təmizləmə" barədə baş nazirin cəfəng fikirlərinə gəldikdə isə, XİN qeyd edib ki, tarix boyu azərbaycanlılara qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar, deportasiyalar siyasətinin, əməllərinin etiraf edilməsi və üzrxahlıq dilənməsi əvəzinə, Azərbaycanı belə əməllərdə təqsirləndirmək tarixdən dərs çıxarmamağın göstəricisidir. "Ermənistan tərəfinin sülh sazişi üzrə danışıqların davam etdiyi bir vaxtda bu kimi bəyanatlarla çıxış etməsi sülhə xidmət etmir", - XİN bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42063/78/420637825_114:0:1887:1330_1920x0_80_0_0_2c4a4f3067cba63ea589e4037c366b6c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, xin, azərbaycan xin, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan
ermənistan, xin, azərbaycan xin, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan
XİN Paşinyanın Çexiyada səsləndirdiyi iddiaları cəfəngiyyat adlandırdı
17:52 04.05.2023 (Yenilənib: 17:58 04.05.2023) Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı "Laçın" sərhəd nəzarət-buraxılış məntəqəsini təsis etməsi məsələsinə hər hansı bir şərh qəbuledilməzdir.
BAKI, 4 may — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın 4 may tarixində Çex Respublikasının baş naziri ilə birgə mətbuat konfransında çıxışı zamanı ölkəmizin Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsi, habelə guya Azərbaycanın Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməsi, Qarabağ bölgəsində humanitar böhran yaratdığı ilə bağlı dəfələrlə səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Orada qeyd olunur ki, Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı "Laçın" sərhəd nəzarət-buraxılış məntəqəsini təsis etməsi məsələsinə hər hansı bir şərh qəbuledilməzdir.
"Ermənistan tərəfi Azərbaycanın daxili işlərinə qarışmağa və uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətə son qoymalıdır", - bəyanatda deyilir.
"Etnik təmizləmə" barədə baş nazirin cəfəng fikirlərinə gəldikdə isə, XİN qeyd edib ki, tarix boyu azərbaycanlılara qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar, deportasiyalar siyasətinin, əməllərinin etiraf edilməsi və üzrxahlıq dilənməsi əvəzinə, Azərbaycanı belə əməllərdə təqsirləndirmək tarixdən dərs çıxarmamağın göstəricisidir.
"Ermənistan tərəfinin sülh sazişi üzrə danışıqların davam etdiyi bir vaxtda bu kimi bəyanatlarla çıxış etməsi sülhə xidmət etmir", - XİN bildirib.