https://sputnik.az/20230504/kiyev-rejiminin-etdiyi-her-seyin-arxasinda-qerbli-kuratorlar-dayanirlar---zaxarova-454472849.html
Kiyev rejiminin etdiyi hər şeyin arxasında qərbli kuratorlar dayanırlar - Zaxarova
Kiyev rejiminin etdiyi hər şeyin arxasında qərbli kuratorlar dayanırlar - Zaxarova
Sputnik Azərbaycan
Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib ki, Kiyev rejiminin etdiyi hər şeyə görə onun Vaşinqton, London, NATO yaradıcıları və kuratorları məsuliyyət... 04.05.2023, Sputnik Azərbaycan
2023-05-04T23:13+0400
2023-05-04T23:13+0400
2023-05-04T23:13+0400
mariya zaxarova
rusiya
abş
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434811148_0:0:3005:1691_1920x0_80_0_0_00bc07571ff948f8fa6a88e6738cff97.jpg
BAKI, 4 may — Sputnik. Kiyev rejiminin etdiyi hər şeyin arxasında ona mütləq cəzasızlıq hissi aşılayan onun amerikalı, qərbli kuratorları dayanırlar. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. "Kiyev rejiminin etdiyi hər şeyə görə onun Vaşinqton, London və qərbdəki digər kuratorları məsuliyyət daşıyırlar. Onlar Ukraynada qanuni hökuməti dağıtdılar, avantüristləri və quldurları rəhbərliyə keçirdilər, onları pul və silahla təmin etdilər, ruhlandırdılar. Mütləq ixtiyar və cəzasızlıq hissi, siyasi örtük və hərbi müşayiət ilə təmin edildi", - deyə o, Telegram kanalında yazıb. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434811148_0:0:2731:2048_1920x0_80_0_0_39cc3907ce1cfd882db1e94f1ce0c6bd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, abş, ukrayna
mariya zaxarova, abş, ukrayna
Kiyev rejiminin etdiyi hər şeyin arxasında qərbli kuratorlar dayanırlar - Zaxarova
Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib ki, Kiyev rejiminin etdiyi hər şeyə görə onun Vaşinqton, London, NATO yaradıcıları və kuratorları məsuliyyət daşıyırlar.
BAKI, 4 may — Sputnik. Kiyev rejiminin etdiyi hər şeyin arxasında ona mütləq cəzasızlıq hissi aşılayan onun amerikalı, qərbli kuratorları dayanırlar. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Kiyev rejiminin etdiyi hər şeyə görə onun Vaşinqton, London və qərbdəki digər kuratorları məsuliyyət daşıyırlar. Onlar Ukraynada qanuni hökuməti dağıtdılar, avantüristləri və quldurları rəhbərliyə keçirdilər, onları pul və silahla təmin etdilər, ruhlandırdılar. Mütləq ixtiyar və cəzasızlıq hissi, siyasi örtük və hərbi müşayiət ilə təmin edildi", - deyə o, Telegram kanalında yazıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.