https://sputnik.az/20230503/rusiya-xarici-sler-nazirliyi-avropa-ttifaqina-xeberdarliq-edib-454437794.html
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqına xəbərdarlıq edib
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqına xəbərdarlıq edib
Sputnik Azərbaycan
Nüvə enerjisi Avropa İttifaqının (Aİ) bir sıra üzv dövlətlərinin enerji təhlükəsizliyinin əsas elementi olaraq qalır. Bu barədə Rusiya Xarici İşlər... 03.05.2023, Sputnik Azərbaycan
2023-05-03T14:34+0400
2023-05-03T14:34+0400
2023-05-03T14:34+0400
rusiya
mariya zaxarova
avropa
enerji
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442993571_0:0:3368:1895_1920x0_80_0_0_332e0eae8714a0a7bae99582308bbba4.jpg
BAKI, 3 may - Sputnik. Çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru bildirib ki, Avropa Birliyi Rusiya ilə nüvə enerjisi sahəsində əməkdaşlığa məhdudiyyətlər qoysa, özünə zərər verəcək.Diplomat onu da əlavə edib ki, “bu halda təkcə Avropa istehlakçılarının enerji ilə etibarlı təchizatı deyil, həm də Avropa İttifaqı ölkələrində bir sıra elektrik enerjisi istehsal edən obyektlərin nüvə təhlükəsizliyi risk altında ola bilər”.Onun sözlərinə görə, Rusiya atomuna qarşı sanksiyaların yayılmasına nail olmaq cəhdləri "xarici havadarları sevindirmək üçün Aİ rusofobları tərəfindən həyata keçirilir"."Nüvə enerjisi, Avropa İttifaqı daxilində ona olan münasibətlə bağlı bütün fikir ayrılıqlarına baxmayaraq, bu xüsusi assosiasiyaya daxil olan bir sıra ölkələrin və müvafiq olaraq bütövlükdə Avropa İttifaqının enerji təhlükəsizliyinin əsas elementi olaraq qalır", - deyə Zaxarova vurğulayıb.XİN rəsmisi təəssüflə qeyd edib ki, Avropa İttifaqının bəzi dairələri Rusiya ilə enerji əməkdaşlığının bu sahəsini siyasiləşdirməyə çalışırlar, görünür, eyni zamanda nüvə yanacağı və texnologiyasının ABŞ ixracatçıları üçün bazarı təmizləyirlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442993571_637:0:3368:2048_1920x0_80_0_0_a3141778d732e024bbfc9a542ce695d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, avropa, enerji, avropa ittifaqı
mariya zaxarova, avropa, enerji, avropa ittifaqı
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqına xəbərdarlıq edib
Nüvə enerjisi Avropa İttifaqının (Aİ) bir sıra üzv dövlətlərinin enerji təhlükəsizliyinin əsas elementi olaraq qalır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
BAKI, 3 may - Sputnik. Çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru bildirib ki, Avropa Birliyi Rusiya ilə nüvə enerjisi sahəsində əməkdaşlığa məhdudiyyətlər qoysa, özünə zərər verəcək.
“Bizə aydındır ki, Brüssel, qaz təchizatı ilə bağlı vəziyyətdə olduğu kimi, dinc atoma məhdudiyyətlər qoymağa çalışarsa, vəziyyəti daha da pisləşdirəcək”, - deyə Zaxarova vurğuılayıb.
Diplomat onu da əlavə edib ki, “bu halda təkcə Avropa istehlakçılarının enerji ilə etibarlı təchizatı deyil, həm də Avropa İttifaqı ölkələrində bir sıra elektrik enerjisi istehsal edən obyektlərin nüvə təhlükəsizliyi risk altında ola bilər”.
Onun sözlərinə görə, Rusiya atomuna qarşı sanksiyaların yayılmasına nail olmaq cəhdləri "xarici havadarları sevindirmək üçün Aİ rusofobları tərəfindən həyata keçirilir".
"Nüvə enerjisi, Avropa İttifaqı daxilində ona olan münasibətlə bağlı bütün fikir ayrılıqlarına baxmayaraq, bu xüsusi assosiasiyaya daxil olan bir sıra ölkələrin və müvafiq olaraq bütövlükdə Avropa İttifaqının enerji təhlükəsizliyinin əsas elementi olaraq qalır", - deyə Zaxarova vurğulayıb.
XİN rəsmisi təəssüflə qeyd edib ki, Avropa İttifaqının bəzi dairələri Rusiya ilə enerji əməkdaşlığının bu sahəsini siyasiləşdirməyə çalışırlar, görünür, eyni zamanda nüvə yanacağı və texnologiyasının ABŞ ixracatçıları üçün bazarı təmizləyirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.