Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Kiyevin Kremlə zərbə endirmək cəhdinə cavab vermək hüququnu özündə saxlayır

© AFP 2024 / DIMITAR DILKOFFKreml, arxiv şəkli
Kreml, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.05.2023
Abunə olmaq
Bu gecə Kiyev rejimi Rusiya prezidentinin Kreml iqamətgahına PUA-nı vurmağa cəhd edib.
BAKI, 3 may - Sputnik. Rusiya Kiyevin Kremlə zərbə endirmək cəhdinə qarşı lazım bildiyi vaxt və hər yerdə cavab vermək hüququnu özündə saxlayır. Bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Mətbuat xidmətindən bildirilib ki, bu gecə Kiyev rejimi Rusiya prezidenti Vladimir Putinin Kreml iqamətgahına PUA-nı vurmağa cəhd edib.

“Rusiya tərəfi lazım bildiyi yerdə və nə vaxt cavab tədbirləri görmək hüququnu özündə saxlayır”, - deyə məlumatda vurğulanır.

Xəbərdə o da deyilir ki, Rusiya hadisəni prezident Vladimir Putinin iqamətgahına hücum planlaşdırılan terror aktı kimi qiymətləndirilir.
“Biz bu hərəkətləri Qələbə Günü ərəfəsində, xarici qonaqların da iştirakının planlaşdırıldığı 9 May Paradında həyata keçirilən planlaşdırılmış terror aktı kimi qiymətləndiririk”, - deyə məlumatda vurğulanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0