https://sputnik.az/20230503/peskov-taxil-sazisi-ile-bagli-veziyyete-aydinliq-getirdi-454438418.html
Peskov "taxıl sazişi" ilə bağlı vəziyyətə aydınlıq gətirdi
Peskov "taxıl sazişi" ilə bağlı vəziyyətə aydınlıq gətirdi
Sputnik Azərbaycan
"Taxıl sazişi"nin uzadılmaması halında Rusiya Federasiyasının hərəkətləri ilə bağlı sualı cavablandıran Peskov hələlik vaxtı qabaqlamamağı tövsiyə edib. 03.05.2023, Sputnik Azərbaycan
2023-05-03T15:02+0400
2023-05-03T15:02+0400
2023-05-03T15:13+0400
taxıl
rusiya
dmitri peskov
saziş
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445333178_0:160:3072:1888_1920x0_80_0_0_e6ac4ed2c767208bb1506ce99458a687.jpg
BAKI, 3 may — Sputnik. Rusiya tərəfi sazişlərin həyata keçirilməsini gözlədiyi üçün "taxıl sazişi" üzrə əlaqələri davam etdirəcək. Bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O vurğulayıb ki, Moskva öz maraqlarına zidd olan heç bir iş görməyəcək. "Taxıl sazişi"nin uzadılmaması halında Rusiya Federasiyasının hərəkətləri ilə bağlı sualı cavablandıran Peskov hələlik vaxtı qabaqlamamağı tövsiyə edib. "Təbii ki, Rusiya bundan sonra da öz maraqlarına zidd heç nə etməyəcək", - Kreml sözçüsü vurğulayıb. Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın isə deyib ki, mayın 5-də İstanbulda Türkiyə, Rusiya və Ukrayna nümayəndələrinin görüşü nəticə verməsə, Taxıl Təşəbbüsü çərçivəsində taxıl tədarükü dayandırılacaq. "Əgər danışıqlar müsbət nəticə verməsə, mayın 18-də taxıl tədarükü dayana bilər", - Kalın qeyd edib. Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "taxıl sazişi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir. 2023-cü il martın 18-dən Rusiya sazişin müddətini 60 gün - mayın 18-dək uzadıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445333178_171:0:2902:2048_1920x0_80_0_0_975b1ae70792d9b33295c79f3a093233.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
taxıl, dmitri peskov, saziş
taxıl, dmitri peskov, saziş
Peskov "taxıl sazişi" ilə bağlı vəziyyətə aydınlıq gətirdi
15:02 03.05.2023 (Yenilənib: 15:13 03.05.2023) "Taxıl sazişi"nin uzadılmaması halında Rusiya Federasiyasının hərəkətləri ilə bağlı sualı cavablandıran Peskov hələlik vaxtı qabaqlamamağı tövsiyə edib.
BAKI, 3 may — Sputnik. Rusiya tərəfi sazişlərin həyata keçirilməsini gözlədiyi üçün "taxıl sazişi" üzrə əlaqələri davam etdirəcək. Bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O vurğulayıb ki, Moskva öz maraqlarına zidd olan heç bir iş görməyəcək.
""Taxıl sazişi" üzrə təmaslar davam edir. Rusiya tərəfi, əlbəttə ki, sazişin şərtlərinin yerinə yetiriləcəyi ümidi ilə BMT nümayəndələri və digər nümayəndələrlə əlaqələri davam etdirəcək", - Kreml sözçüsü bildirib.
"Taxıl sazişi"nin uzadılmaması halında Rusiya Federasiyasının hərəkətləri ilə bağlı sualı cavablandıran Peskov hələlik vaxtı qabaqlamamağı tövsiyə edib.
"Təbii ki, Rusiya bundan sonra da öz maraqlarına zidd heç nə etməyəcək", - Kreml sözçüsü vurğulayıb.
Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın isə deyib ki, mayın 5-də İstanbulda Türkiyə, Rusiya və Ukrayna nümayəndələrinin görüşü nəticə verməsə, Taxıl Təşəbbüsü çərçivəsində taxıl tədarükü dayandırılacaq.
"Əgər danışıqlar müsbət nəticə verməsə, mayın 18-də taxıl tədarükü dayana bilər", - Kalın qeyd edib.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "taxıl sazişi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir. 2023-cü il martın 18-dən Rusiya sazişin müddətini 60 gün - mayın 18-dək uzadıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.