https://sputnik.az/20230503/patrusev-qerb-rusiyaya-qarsi-terrorcu-teskilatlardan-feal-sekilde-istifade-edir-454436396.html
Patruşev: "Qərb Rusiyaya qarşı terrorçu təşkilatlardan fəal şəkildə istifadə edir"
Patruşev: "Qərb Rusiyaya qarşı terrorçu təşkilatlardan fəal şəkildə istifadə edir"
Sputnik Azərbaycan
Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib ki, Rusiya əhalisini qorxuya salmaq istəyən Qərb 1990-cı illərdə Şimali Qafqazda olduğu kimi, indi də terrorçu... 03.05.2023, Sputnik Azərbaycan
2023-05-03T19:19+0400
2023-05-03T19:19+0400
2023-05-03T19:19+0400
nikolay patruşev
rusiya
qərb
terror
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446896164_0:0:2939:1654_1920x0_80_0_0_8a11dc5097b4f92a79c980aae2f1b36d.jpg
BAKI, 3 may — Sputnik. NATO Şərqi Avropada əlavə hərbi kontingentlər yerləşdirib, bölmələrinin hazırlığını gücləndirib və Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturu modernləşdirib. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib. "Qərb öz planlarına uyğun olaraq, ölkəmizə qarşı ardıcıl olaraq siyasi, hərbi və iqtisadi təzyiqləri gücləndirir. NATO Şərqi Avropa ölkələrində əlavə hərbi kontingentlər yerləşdirib. Bölgədə 60 minə yaxın amerikalı hərbçi yerləşdirilib", - Patruşev "İzvestiya" qəzetinə müsahibəsində bildirib. O, həmçinin bəyan edib ki, Rusiya əhalisini qorxuya salmaq istəyən Qərb 1990-cı illərdə Şimali Qafqazda olduğu kimi, indi də terrorçu və ekstremist təşkilatlardan fəal şəkildə istifadə edir. "Qərb kəşfiyyat xidmətləri Rusiya əhalisini qorxu salmaq və dövlətimizin konstitusiya əsaslarını sarsıtmaq ümidi ilə terrorçu və təxribatçıları ölkəmizin ərazisində cinayət törətmək üçün hazırlayır", - Patruşev bildirib. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi həmçinin xəbərdarlıq edib ki, Qərb Rusiyanı BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən məhrum etmək üçün tarixi faktlarla manipulyasiya edərək İkinci Dünya Müharibəsinin nəticələrini yenidən yazmağa çalışır:Vicdan əzabı çəkmədən faktlarla hoqqabazlıq edən müasir mütəxəssislər faşist Almaniyasının təcavüzkar ideologiyasını SSRİ-nin kommunist ideyaları ilə eyniləşdirməyə çalışırlar və əslində öz sələflərinin möhürlərindən istifadə edirlər. SSRİ-nin dağılması ilə Vaşinqton və London birqütblü dünya yaratmaq şansı əldə etdiklərini düşünürdülər", - Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi deyib. "Anqlosakslar bu gün də bu ideyalardan əl çəkmirlər. Qərb Rusiyanın məhv edilməsini və ya onun xarici nəzarət altında üçüncü dərəcəli ölkəyə çevrilməsini dünya düzənini dəyişmək üçün radikal üsul hesab edir", - Patruşev bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446896164_0:0:2731:2048_1920x0_80_0_0_08c5203c2d9c024c060b7461ec809f7e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nikolay patruşev, qərb, terror
nikolay patruşev, qərb, terror
Patruşev: "Qərb Rusiyaya qarşı terrorçu təşkilatlardan fəal şəkildə istifadə edir"
Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib ki, Rusiya əhalisini qorxuya salmaq istəyən Qərb 1990-cı illərdə Şimali Qafqazda olduğu kimi, indi də terrorçu və ekstremist təşkilatlardan fəal şəkildə istifadə edir.
BAKI, 3 may — Sputnik. NATO Şərqi Avropada əlavə hərbi kontingentlər yerləşdirib, bölmələrinin hazırlığını gücləndirib və Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturu modernləşdirib. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
"Qərb öz planlarına uyğun olaraq, ölkəmizə qarşı ardıcıl olaraq siyasi, hərbi və iqtisadi təzyiqləri gücləndirir. NATO Şərqi Avropa ölkələrində əlavə hərbi kontingentlər yerləşdirib. Bölgədə 60 minə yaxın amerikalı hərbçi yerləşdirilib", - Patruşev "İzvestiya" qəzetinə müsahibəsində bildirib.
"Alyans Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturu modernləşdirib, qoşunların əməliyyat və döyüş hazırlığının miqyasını və intensivliyini artırıb. O, Ukraynanı texnika və silahlarla təmin edir, Ukrayna ordusu üçün əsgər hazırlığı üçün onlarla mərkəz açır", - Təhlükəsizlik Şurasının katibi deyib.
O, həmçinin bəyan edib ki, Rusiya əhalisini qorxuya salmaq istəyən Qərb 1990-cı illərdə Şimali Qafqazda olduğu kimi, indi də terrorçu və ekstremist təşkilatlardan fəal şəkildə istifadə edir.
"Qərb kəşfiyyat xidmətləri Rusiya əhalisini qorxu salmaq və dövlətimizin konstitusiya əsaslarını sarsıtmaq ümidi ilə terrorçu və təxribatçıları ölkəmizin ərazisində cinayət törətmək üçün hazırlayır", - Patruşev bildirib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi həmçinin xəbərdarlıq edib ki, Qərb Rusiyanı BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən məhrum etmək üçün tarixi faktlarla manipulyasiya edərək İkinci Dünya Müharibəsinin nəticələrini yenidən yazmağa çalışır:
"İkinci Dünya Müharibəsinin tarixini təhrif etmək cəhdləri Qərbdə hələ onun son güllələri sönməmişdən başlamışdı. Artıq Böyük Britaniya münaqişənin ilkin mərhələsində əsas faktları ortaya qoymaq üçün saxta sənədlər toplusunu dərc etməyə çalışırdı".
Vicdan əzabı çəkmədən faktlarla hoqqabazlıq edən müasir mütəxəssislər faşist Almaniyasının təcavüzkar ideologiyasını SSRİ-nin kommunist ideyaları ilə eyniləşdirməyə çalışırlar və əslində öz sələflərinin möhürlərindən istifadə edirlər.
SSRİ-nin dağılması ilə Vaşinqton və London birqütblü dünya yaratmaq şansı əldə etdiklərini düşünürdülər", - Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi deyib.
"Anqlosakslar bu gün də bu ideyalardan əl çəkmirlər. Qərb Rusiyanın məhv edilməsini və ya onun xarici nəzarət altında üçüncü dərəcəli ölkəyə çevrilməsini dünya düzənini dəyişmək üçün radikal üsul hesab edir", - Patruşev bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.