Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Çavuşoğlu nazirlərin görüşünün vaxtını açıqladı

© AFP 2024 / JOHN THYSMövlud Çavuşoğlu, arxiv şəkli
Mövlud Çavuşoğlu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.05.2023
Abunə olmaq
Türkiyə XİN rəhbəri bildirib ki, görüşdə İranı konkret kimin təmsil edəcəyi hələlik məlum deyil, çünki İran prezidenti və nümayəndə heyəti bu tarixlərdə Afrika turunu planlaşdırır.
BAKI, 3 may — Sputnik. Türkiyə, Rusiya, Suriya İran XİN rəhbərlərinin mayın 10-da Moskvada görüşü planlaşdırılır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Rusiyalılar tarix təklif ediblər. Görüş mayın 10-da Moskvada baş tutacaq", - nazir NTV telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, görüşdə İranı konkret kimin təmsil edəcəyi hələlik məlum deyil, çünki İran prezidenti və nümayəndə heyəti bu tarixlərdə Afrika turunu planlaşdırır.
Dekabr ayında Rusiya Türkiyə və Suriya müdafiə nazirləri arasında son 11 ildə ilk danışıqlara ev sahibliyi etdi. 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayıb. Bu münaqişədən əvvəl Dəməşqlə sıx əlaqələr saxlayan Türkiyə Suriya prezidenti Bəşər Əsədin əleyhdarlarının tərəfini tuturdu. O vaxtdan bəri Türkiyənin Suriya ilə münasibətləri gərgin olaraq qalır. Lakin son vaxtlar hər iki tərəf, eləcə də bəzi KİV-lər tədricən normallaşmanın mümkünlüyündən danışırlar.
Ankara və Dəməşq arasındakı fikir ayrılıqlarını həll etmək üçün Rusiya Federasiyası, Suriya və Türkiyə XİN rəhbərlərinin görüşü planlaşdırılıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir müddət əvvəl bildirib ki, Rusiya, Suriya, İran və Türkiyə XİN rəhbərlərinin Dəməşq və Ankara arasında münasibətlərin normallaşmasına həsr olunmuş dördtərəfli görüşünün tarixi, yeri və parametrləri indi razılaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0