ABŞ ordusu Finlandiya ərazisindən istifadə edərsə, Rusiya cavab verməyə məcburdur – XİN
© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian FederationRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian Federation
Abunə olmaq
Aprelin sonunda Helsinkidə Finlandiya ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq haqqında ikitərəfli sazişilə bağlı danışıqlar davam etdirilib.
BAKI, 3 may — Sputnik. Rusiya ABŞ hərbçilərinin Helsinki ilə Vaşinqton arasında müdafiə əməkdaşlığı üzrə ikitərəfli sazişi, həmçinin NATO çərçivəsində Rusiya sərhədlərinə yaxınlaşacağı təqdirdə hərbi-texniki xarakterli cavab tədbirləri görməyə məcbur olacaq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
Bu yaxınlarda Finlandiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mikael Antell bildirib ki, Finlandiya ilə ABŞ arasında müdafiə əməkdaşlığı üzrə ikitərəfli sazişin həyata keçiriləcəyi təqdirdə ABŞ silahlı qüvvələrinə Finlandiya ərazisindən və bazalarından istifadə etməyə imkan verəcək.
"Biz ABŞ hərbi infrastrukturunun Rusiyanın sərhədlərinə NATO, həmçinin Avropa dövlətləri ilə ikitərəfli sazişlər çərçivəsində yaxınlaşmasını Vaşinqtonun ölkəmizə rəsmi olaraq bəyan etdiyi qondarma "strateji məğlubiyyət" məqsədinin birbaşa təsdiqi hesab edirik. Biz Şimali Atlantika Alyansının Finlandiyaya ilə bağlı planlarını diqqətlə izləyirik. Rusiya bu baxımdan milli təhlükəsizliyinə yaranan təhdidləri aradan qaldırmaq üçün həm hərbi-texniki, həm də digər xarakterli cavab tədbirləri görməyə məcbur olacaq", - deyə Zaxarova bildirib.
"Biz bu cür planları Rusiya tərəfinin Finlandiyanın öz suverenliyini geri dönməz şəkildə itirməsi barədə etdiyi xəbərdarlıqların bariz dəlaləti hesab edirik. Ola bilsin ki, bu, əvvəllər o qədər də aydın deyildi, amma indi artıq tam aşkardır", - deyə Rusiya XİN rəsmisi vurğulayıb.
Finlandiya XİN-i xəbər verir ki, aprelin son həftəsində Helsinkidə Finlandiya ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş (DCA) ilə bağlı danışıqlar davam etdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.