Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Şoyqu: "Qoşunlarımızın xüsusi hərbi əməliyyat zonasındakı hərəkətləri bundan asılıdır"

© Sputnik / Илья Питалев / Mediabanka keçidМинистр обороны РФ Сергей Шойгу, фото из архива
Министр обороны РФ Сергей Шойгу, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.05.2023
Abunə olmaq
Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, ölkə rəhbərliyi qarşımıza silah-sursatın istehsal sürətini və həcmini qısa müddətdə artırmaq vəzifəsini qoyub.
BAKI, 2 may — Sputnik. Silah, hərbi texnika və sursatların istehsalı və təchizatında yaranmış problemli məsələlərin operativ həlli üçün idarələr arasında qarşılıqlı fəaliyyət sistemi səmərəli olub. Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Rusiya Federasiyası Silahlı Qüvvələrinin rəhbərliyi ilə keçirdiyi konfransda deyib.
O xatırladıb ki, Rusiya qoşun qruplaşmalarının xüsusi hərbi əməliyyat zonasındakı hərəkətləri silahların, hərbi texnikanın və sursatların vaxtında doldurulmasından asılıdır, ölkə rəhbərliyi qarşımıza onların istehsal sürətini və həcmini qısa müddətdə artırmaq vəzifəsini qoyub.
"Bu baxımdan bütün qurumların işini əlaqələndirən, problemli məsələlərin operativ həllini təmin edən idarələrarası qarşılıqlı fəaliyyət sistemi səmərəli şəkildə qurulub", - deyə qeyd edilib.
Xəbər lenti
0